bazar ertəsi, 18 dekabr 2017

“Facebook” haqqında doğru bildiyimiz 10 səhv informasiya

160

Sosial medianı analiz edən “Socialbakers” şirkəti “Facebook” ilə əlaqədar 24 maddədən ibarət hesabat hazırlayıb.

Facemark.az adıçəkilən hesabata istinadən həmin maddələri təqdim edir.

Birinci

Səhv: Təhlükəsiz “Facebook” şirkət profili üçün ehtiyacınız olan tək şey, səhifə yaratmaq və onu mütəmadi olaraq doldurmaqdır.

Doğru: “Facebook”da markanın tanıdılması uzunmüddətli əmək tələb edir. Etməli olduğumuz səhifə yaradıb onu mütəmadi olaraq doldurmaqdan ibarət deyil. “Facebook” xüsusilə mesajlarına sürətli və daima cavab verən markaları mükafatlandırır.

İkinci:

Səhv: Nə qədər göndəriş edərsəniz, bir o qədər təsir dairəniz artacaq.

Doğru: Təcrübə göstərir ki izləyici sayı az olan markalarda paylaşım artıqca, təsir dairəsinin azalması baş verir. İstifadəçiləri kontent ilə boğmamaqda fayda var.

Üçüncü:

Səhv: İzləyicilərimiz ancaq ən son paylaşımlarımızı görür.

Doğru: Paylaşımlar daim yenilənmə ilə deyil, postlarınız və bəyənilmə sayına görə səhifəni üstündə yer alır.

Dördüncü:

Səhv: “Instagram”dan fərqli olaraq istifadəçilər “Facebook”a daha çox masa üstü kompüterlərdən daxil olurlar.

Doğru: 2016-cı ilin dekabrında şirkətin açıqladığı rəqəmlərə görə, platformanın 1,23 milyard aktiv istifadəçiləri mövcuddur. Bunun 1,15 milyard nəfərinin telefonunda “Facebook”un mobil tətbiqi mövcud idi.

Beşinci:

Səhv: “Facebook” sadəcə B2C marketoloqlar üçün faydalı bir platformadır.

Doğru: “Facebook” istifadəçilərinin 73%-i platformanı işə görə istifadə etdiklərini bildirir. Platforma get-gedə professional və şəxsi məlumatların axtarıldığı yerə çevrilir.

Altıncı:

Səhv: İnsanlar “Facebook”da “Twitter”ə məxsus olan həştəqlərdən istifadə etmir. Buna lüzum da yoxdur.

Doğru: “Facebook” istifadəçiləri də həştəqlərdən istifadə edir. Həştəqlər göndərdiklərinizin axtarışda çıxması üçün önəmlidir.

Yeddinci:

Səhv: “Facebook”da reklamverənlərin çox hissəsi bunu izləyici və təsir dairəsini artırmaq üçün edir.

Doğru: “Socialbakers” hesabatına görə, “Facebook” reklamverənlərinin çox hissəsinin əsl məqsədi “website conversion”, yəni istifadəçiləri əsas sayta yönləndirməkdir.

Səkkinci:

Səhv: Video populyarlaşdıqca, marketoloqların büdcələrinin böyük qismi video reklamlarına ayrılmağa başlandı.

Doğru: Video reklamlarına ayrılan büdcə 2015-2016-cı illər arasında 150% artsa da, “Socialbaker”in hesabatına görə, reklamverənlərin ümumi büdcənin yalnız 12%-ni videolara ayrırlar.

Doqquzuncu:

Səhv: Uzun videolar “Facebook” üçün əlverişlidir, çünki istifadəçinin marağını uzun müddət özlərində saxlamağı bacarırlar.

Doğru: Video uzandıqca, sonuna qədər baxılma ehtimalı da o qədər azalır. 60 saniyədən uzun videoların sadəcə 10%-ini sonuna qədər izlənilir.

On:

Səhv: “Facebook” videolarına “subtitle” əlavə etmək faydasızdır. İnsanları narahat edir.

Doğru: “Facebook” istifadəçilərinin 85%-i videoları səsini açmadan izləyir. Bu vəziyyətdə “subtitle”lərin lazım olub-olmadığını soruşmağa belə lüzum yoxdur.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün