“Gillette” şirkəti elan edib ki, Rusiya milli yığmasının və “Краснодар” futbol klubunun futbolçusu Fedor Smolov brendin bu ölkə üzrə yeni siması olacaq.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin press-relizində deyildiyi kimi, Smolov “Gillette”nin bütün fəlsəfəsini paylaşır.


Rusiya yığma komandasının futbolçusu TV reklamlarının, həmçinin mağazalardakı reklam materiallarının qəhrəmanı olacaq.


“Gillette” şirkəti, Tomas Müller (Almaniya), Antuan Qrizman (Fransa), Neymar (Braziliya) kimi əcnəbi futbolçular ilə, həmçinin “Barselona” futbol klubu ilə də əməkdaşlıq edir.