“Apple” yeni reklam poqramı olan “Search Ads Basic”i təqdim edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, proqram “developer”lərə öz əlavələrini inkişaf etdirməyə imkan verəcək, - deyə “TechCrunch” yazır.


Proqram “pay-per-install” sistemi ilə işləyəcək. Yaradıcılar proqramı yükləyən hər bir istifadəçi üçün ödəniş edə biləcək.


Hələlik “Search Ads Basic” proqramını yanlız ABŞ ərazisində istifadə etmək mümkün olacaq. Digər xarici bazarlar üçün isə sistem gələn ildən əlçatan olacaq.


Bundan başqa, istehsalçılar üçün maksimal reklam büdcəsi ayda 5 min dollar təşkil edir.


Proqram ən yaxşı halda, kiçik şirkətlər üçün daha uyğundur, çünki onlar “Apple”ın iri reklam məhsulları ilə işləmirlər.



Qeyd edildiyi kimi, “Apple”ın digər oxşar xidmətlərlə müqayisədə üstünlüyü, əsasən şirkətin “App Store”da məlumatlara birbaşa daxil olmasıdır.


Qeyd edək ki, proqram sayəsində markaların tətbiqlərini “App Store” marketində önə çıxmasına kömək olan yeni reklam platformasıdır. Proqramın üstünlüklərindən biri odur ki, şirkətlər istədikləri vaxtı reklamları başlada və dayandıra bilərlər.


“Search Ads Basic”də reklam vermək üçün nə etməliyik?


- Öncə sistemə üzv olaraq bir Apple ID əldə etməlisiniz;


- “App Store”də aktiv olaraq yer alan bir tətbiqə sahib olmalısınız;


- Büdcənizi müəyyən etməlisiniz;


- Bir Search Ads hesabı açmalısınız;


- Kredit kartına sahib olmalısınız;


Qonşu ölkələrdə, məsələn Türkiyə, Rusiyada da proqramdan istifadə etmək yuxarıda qeyd etdiyimiz kimi hələki mümkünsüzdür. Görək, ABŞ-da proqramdan istifadə edən şirkətlərin əlavə haqqında düşüncələri necə olacaq?! Yaxın zamanlarda bu barədə də yazı paylaşacağıq.