Bir neçə gün əvvəl “McDonalds” bir gündə satışları hələ 1998-ci ildə qurtaran məşhur “Sıçuan” sousunu bazara yenidən təqdim edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, heç kim tərəfindən gözlənilmədən Siçuan sousu rəqiblərin menyusunda çıxmağa başlayıb.


Sıçuan sousunun məhdudlaşdırılmış partiyada 1998-ci ildə “McDonalds”da satılıb.


2017-ci ilin aprelində məşhur cizgi filmi “Rik və Morti”nin yeni seriyası çıxmışdı. Cizgi filminin baş qəhrəmanı “McDonalds”ın sevdiyi Sıçuan sousunun yoxluğundan şikayətlənmişdi. Baş qəhrəman söz verir ki, hətta 9 mövsüm belə lazım olacaqsa, onu axtaracaq.


Cizgi filminin pərəstişkarları bütün dünyada satışa adçəkilən sousun geri qaytarılmasını tələb etdilər.


Onlar “McDonalds” şirkətinə ərizə yazdılar, aksiyalar həyata keçirdilər. “McDonalds” isə pərəstişkarların bu tələbini yerinə yetirərək bir gün içində adıçəkilən sousu satışa geri qaytarıb.


Sous hamıya çatmadı, ona görə də bütün dünya onu geri qayıtmasını gözləyirdi. Onların gözləntiləri doğru çıxdı. Adıçəkilən sous təkrar “fasd food” restoran menyusuna daxil olub. Amma gözlənilən kimi “McDonalds”da deyil, bu dəfə “Burger King”də.


Beləliklə, dekabrın 7-də “Burger King” Rusiya özünün məşhur “Voppera”sını adıçəkilən sous ilə birgə bazara təqdim edib.