“YouTube” şəxsi pullu musiqi xidmətini 2018-ci ilin martında təqdim edəcək.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.


Remix tələblər əsasında kontent müəyyən edəcək.


Qeyd olunan xidmətin təqdimatını məşhur simalar edəcək.



“YouTube” layihəsinin reallaşdırılması üçün musiqi bazarındakı ən güclü oyunçular ilə razılaşmalı olacaq. Məsələn, “Warner Music Group” ilə razılıq artıq əldə edilib. “Sony Music Entertainment”, “Universal Music Group”, “Merlin” şirkəti arasında isə danışıqlar qalıb.


Xatırladaq ki, 2014-cü ildə “YouTube”un daxil olduğu “Google” şirkəti “YouTube Music Key” platformasını yaratdı. 2016-cı ildə onu reklamları belə olmadan musiqi videolarına əlçatanlığa icazə verən “YouTube Red” platformasına çevirdi.