DMC2017-dən az qala bir ay keçir. Heç cür yorğunluğunu üzərimizdən atmamış daha bir forum hazırlıqlarına girmişik. Bu da bu ilin fevral ayında 2-cisi keçiriləcək “Satış Forumu”dur. MMF2017-də tələsik də olsa, “Qmeter”dən istifadə etdik. “Qmeter” müştəri məmnuniyyətini çox rahat ölçə biləcəyiniz proqram təminatıdır. MMF-də bu xidməti çox PR edə bilməsək də, DMC2017-də maksimum çalışdıq ki, tədbirdə iştirak edənlər istifadə edib bizi bir neçə parametr üzrə qiymətləndirsinlər.


Bu auditoriyaya maraqlı olmaqla yanaşı, onlardan daha çox bizə sərf edirdi. Nəticədə biz səhvlərimiz üzərində işləməyə başladıq. Sistem o qədər mükəmməldir ki, hər şeyi çox xırdalığına qədər sizə təhlil edir. Yetər ki, Siz özünüz proqramdan nə istədiyinizi biləsiniz.


Deməli, xatırlatma üçün qeyd edim ki, DMC2017-də biz ilk dəfə “Logix” ilə “Qmeter” şirkəti iştirakçı məlumatlarını sinxronizasiya etdilər. Bunun sayəsində biz MMF2017-də olduğu kimi öncədən bizdə olan nömrələrə yox, ancaq və ancaq tədbir zamanı zalda olan insanlara SMS göndərdik. Nəticə buna görə bir xeyli yüksək oldu. Tədbir haqqında 4-5 dəfə qiymətləndirmə üçün sms göndərdik. Toplam olaraq isə 2061 geri dönüş (feedback) aldıq. Geri dönüşlərin 3,35%-i çox pis, 4,51%-i pis, 22,66% neytral, 30,96% yaxşı, 38,52%-i isə əla üzrə qiymətləndirib. Toplamda sistem bütün parametrlər üzrə səsverməni təhlil edib tədbirin özünə 100-dən 48,4 bal verib. Sistemin necə işlədiyi, yəni alqoritmini də aşağıda yazacam. Qeyd edim ki, tədbir boyu səsvermədə toplam iştirakçıların ancaq 109 nəfəri aktiv iştirak edib.


DMC2017 spikerlərinin auditoriya tərəfindən qiymətləndirilməsi


Deməli, spikerlərin reytinqini çıxarmaq üçün sistem prosesi 2 cür hesablayır. Biri spiker çıxış edəndən sonra izləyiciyə SMS göndərib ondan çıxışı qiymətləndirməsini istəyir. Daha sonra ümumi spikerə gələn dəyərləndirmələr əsasında onu digər spikerlərə gələn nəticələrlə müqayisə edib yekun nəticə çıxarır. Yekun nəticəni sonda qeyd edəcəm.


Hələlik isə, gəlin görək ayrı-ayrılıqda spikerlərə izləyici necə qiymət verib:



TOP5-lik belədir


P.S. Bütün spikerlər bizim üçün əzizdir. Əslində səsvermədə hamı iştirak etməyib. 193 nəfər səs verib. Tədbirdə isə 600-ə yaxın insan iştirak edib. Yəni, bunlar da tam obyektiv qiymətləndirilmə hesab edilə bilməz. Amma səsverənlərin arasında nəticə yuxarıdakı kimidir. Mən özüm məsələn nəticələri bayaqdan təhlil edirəm. Razılaşmadığım nöqtələr də n qədərdir. Amma bu sistemdən çıxarılıb, mənim subyektiv fikrim olduğu kimi, səsverənlərin də subyektiv fikrini ifadə edir. Ona görə də, TO5-liyi paylaşıram ancaq.


Reytinqi hesablama düsturu beynəlxalq qəbul edilmiş qaydalara görə aşağıdakı kimidir:



Növbəti yazıda isə DMC2017-nin nahar fasilələri, təşkilatçılıq kimi parametrlərə görə auditoriya səsverməsinin nəticələrini paylaşacam. Xeyli tənqid almışıq. Növbəti tədbirlərdə təhlil edib nəticə çıxarağıq mütləq.