Bu gün ki, yazımı kiçik və milyarlarla dolu olan bir misalla başlayacam.


Amerikanın ərazisi: 9 519 431 км²


Ştatların sayı: 51


Əhalinin sayı: 327 671 678


İqtisadi göstəriciləri: 3,5 TRL dollar (2016)



Ümumilikdə, ABŞ daxili istehlakçıların tələblərini ödəmək üzrə 3-cü yeri tutur.


Amma bu iyirmi milyon dövriyyəsi olan sahədə böyük və heçdə güzəştə getməyən rəqabət davam edir.


Satış və tələbat meyarları ilə Kaliforniya şərabı daxili bazarda ABŞ üzrə 2/3 bütün satışların payına düşür.


Şərabların satışı və onlara güclü tələbat davam etdiyindən asılı olaraq rəqabət zəmini yaranır. ABŞ-a import edilən Fransa, İtaliya , İspaniya, Avstriya və bunlarla yanaşı, Çili, Argentinadan gətirilən şərablar, ABŞ bazarında satışa can atırlar ki, ən azı satışda zəifləməyərək rəqabətdə geri qalmasınlar.



Oreqon, Vaşinqton və Nyu-York ştatlarında və Kaliforniyada bazara çıxarılan şərab növlərinin sayı və çeşidi bütün ağılasığan çərçivələri aşıb.


Amma bu sadalan potensiala və daha iddialı rəqiblərə baxmayaraq ABŞ istehlakçılarına bu təsir etmir və etmədi. Yəni, hər zaman maraq və tələbat daxili istehsalatdan olan şərablara oldu.


Onu da qeyd edim ki, dünyada şərab istehlakı üzrə ABŞ 31-ci yeri tutur.


Səkkiz böyük şərab istehsalçıları ABŞ-ın 75% təlabatını ödəyir və digər xırda şərab istehsalçıları isə 25% bazardakı tələbatı ödəyir. Onların sayı isə 1600-dür.


Yuxarda qeyd etdiklərimdən aydın olur ki, ABŞ-da şərab satışı böyük rəqabət fazasını yaşayır, bununla yanaşı, artıq bu sahəyə girməkdə investorlara bir o qədər sərf etmir, dəyərli oxucu sual verə bilər ki, niyə? Çünki rəqabət aparmaq üçün istehsalat üçün avadanlıq, xam mal, loqistika, peşəkar heyət bu kimi xərclərə maliyyə ayırmaq kifayət deyil. Yəni, işin həlli deyil əsas PR və Marketing hissəsidir hansı ki, 3 hətta 4 dəfə çox xərclər tələb edir.


PR və Marketing bütün sahələrdə önəmli və həlledicidir. Burada strategiya və alətlər düzgün seçilməsi daha önəmli və həlledici şərtdir.



Strategiya sözünün mənası – latınca müharibə haqqında elm deməkdir.


Hansı məhsulu, xidməti təklif etməyinizə baxmayaraq istər şirkət, istər fərd olaraq düzgün planlama, hədəf kütləsini seçmək, bazardan mövqeylənmək vacibdir. PR və Marketing alətləri avtomobilin yanacağı və saz vəziyyətdə olan mühərrikidir. PR-la sizin müştəri və ya hədəf kütləniz sizi tanıyıb və sizə etibar edir, əlaqəyə keçirlər marketinqlə isə siz satış kanallarını müəyyən edir, gələcəkdəki perspektivli,strateji yol xəritənizi müəyyən edirsiniz.



Devalivasiyadan sonra Azərbaycanda iş və biznes dünyasında önəmli bir yenilik baş verdi. Bütün şirkətlər başa düşdülər ki, işi yalnız mütəxəssis və dünya praktikasına əsaslanan koorporativ mədəniyyət və standartlar çərçivəsində həll etdikdə, pəşəkarlıq öz riski az olan və ümumiyyətlə olmayan itkisizlər əvəz edəcək.


İstənilən biznesi yaratdıqda istər böyük istərsə də, balaca olsun 3 vacib və sizə kömək edəcək suallara cavab verməlisiniz:


Kimə?-satırsınız


Nə?-satırsınız


Necə?-satırsınız