Rusiya və dünyada baş verən hadisələr arasında birinci yeri Sankt-Peterburq metrosunda baş verən terror aktı tutub.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yandex”də ən çox axtarılan ikinci mövzu isə “Blue Whale” oyunu və ölüm qrupları olub. Üçüncü yerdə isə “Matilda” filmində baş verən qalmaqallar üzrə sorğu təşkil edib.


“Yandex” istifadəçiləri kişilər arasında daha çox müğənni Dima Bilanı, qadın müğənnilər arasında isə Mariya Maksakovanı axtarıblar.


Əşyalar və fenomenlər kateqoriyasında isə ən çox axtarlan kriptovalyuta olub. Bu kateqoriyadan olan beşliyə, həmçinin “Spinner”, “iPhone X”, “Samsung Galaxy S8” “iPhone 8” düşüb.


İstifadəçiləri idman hadisələrindən daha çox xokkey üzrə “Dünya Çempionatı” maraqlandırıb. Filmlər arasında isə “İT” filmi birinci olub.