“Facebook” “WhatsApp”ı aldıqdan sonra populyar mesajlaşma xidmətinə gələn yeniliklərin sayı artmaqda davam edir.


Facemark.az xəbər verir ki, bu yaxınlarda şirkətdən Android əməliyyat sisteminin dəstəklədiyi yeni dəyişikliklərin istifadəçilərə təqdim edilmək mərhələsində olduğunu deyiblər. Bildirilib ki, yeni funksiya test prosesindədir.


Test prosesində olan yeniliklər bunlardır:


- Video zəng üçün Picture in Picture (PiP xüsusiyyəti)


Bu yeni funksiya istifadəçilərə “WhatsApp” video görüntülü danışığı minimal formatda etmək imkanı təqdim edir. Kiçilən video pəncərə ekranda istifadəçinin istədiyi yerdə dayana biləcək. Bu ekranda video dəyişdirmək də mümkün olacaq.



- Qrup mesajlarında şəxsi mesajlar


Hər-hansı “WhatsApp” qrupuna daxil olan şəxslər mesajlara digər üzvlər görmədən şəxsidən cavab verə biləcəklər. Bu özəllik hesabına, qrupdakı bir nəfərlə şəxsi chat pəncərəsi açılacaq. Xüsusən də yeni funksiya çox üzvi olan qruplar üçün faydalı olacaq.



- Blokdan çıxartmaq


Bu xüsusiyyət ilə bloklanan “WhatsApp” istifadəçiləri daha asan blokdan çıxartmaq mümkün olacaq. Əlaqələr siyahısından blokda olan istifadəçinin üzərində barmağınızı saxlayıb, ona mesaj ataraq bloku aradan qaldıra bilərsiniz.



- Bağlantı (link) vasitəsilə ilə dəvət


İOS-da olan bu xüsusiyyət Androidə də gəlir. Bir istifadəçini daxil olduğunuz bir qrupa dəvət etmək üçün, ona bir bağlantı göndərməyiniz kifayət olacaq.


- Problemi bildirmək üçün funksiya


Tətbiq problemlərini həll etmək üzərə test edilən bu xüsusiyyət hesabına “Contact Us” (Bizimlə əlaqəyə keçin) bölməsinin açılması üçün telefonu yelləməyiniz kifayət olacaq. Beləliklə, problemi asanlıqla bildirə biləcəksiniz.


-Tənzimləyicilər


Test edilən digər funskiya isə tənziləmələr ilə bağlıdır. Bu tənziləmələr hesabına “WhatsApp” qrup adminləri üzvlərə birbaşa mesaj göndərə biləcək. Qrup məlumatlarını dəyişdirə biləcəklər.