Deyirlər, Yeni il bütün arzuları həyata keçirir. Bəs, gənc futbolçular nəyi arzu edirlər? Əlbəttə, bunun sırasında qələbə, kumiri olduğu futbolçu ilə görüş, yığmaya düşmə, həyatında bir dəfə də olsun FİFA-nın Dünya Çempionatı üzrə əfsanəvi kubokunu başı üzərindən qaldırmaq və s. var.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Coca-Cola” uzun müddətdir ki, uşaq və gənc komandalar arasında «Кожаный мяч» adlı turnirləri dəstəkləyir. Bir müddət əvvəl “Fortuna” komandasının uşaqları Moskvanın çempionu olublar. Futbol üzrə Rusiyanın milli yığmaının rəsmi partnyoru, həmçinin FİFA-nın Dünya Çempionatı üzrə kubok turnirinin eksklüziv təşkilatçısı gənc futbolçulara sürpriz edib.


Uşaqlar özlərinin adi məşqlərinə gəliblər, lakin topun saxlanmasının taktikası və texnikasını işlətmək əvəzinə onlar avtobusa minərək Spartak stadiona gəliblər. Stadionda gənc futbolçuları milli yığmanın oyunçuları gözləyirdi. Onlar meydançada bir yerdə məşq ediblər.


Məşqin sonunda uşaqları “Coca-Cola”dan böyük hədiyyə gözləyirdi. Futbol üzrə Dünya Çempionatının Kuboku.


“Mən şadam ki, Rusiya milli yığmasının oyunçuları ilə görüşə bildim. Bu mənim arzum idi. Belə bir sürpriz üçün təşəkkür edirəm. İstəyirəm gələcəkdə də belə hadisələr olsun. İndi mən yaxşı futbolçu olmaq üçün daha çox məşq edirəm”, - deyə “Fortuna” komandasının hücumcusu Vladislav Milşin deyib.