Noyabrın əvvəlində CNBC yayımladığı xəbərlərində dünyanın ən böyük media şirkətlərindən biri olan “Disney”in başqa bir media nəhəngi “21st Century Fox‘un” böyük bir qismini almaq üçün görüşlər təşkil etdiyini açıqlamışdı. Xəbərdə qeyd edilirdi ki, satış ilə əlaqədar görüşlərdə əsas məqsəd “21st Century Fox’un” film və televiziyaya dair aktivlərinin böyük qismini “Disney”ə qatmaq idi.


Facemark.az xəbər verir ki, dekabrın 14-də isə satışın olduğu təsdiqlənib. Walt Disney, hissəsinin çoxu Rupet Murdocha aid olan “1st Century Fox” şirkətini 52,4 milyard dollara alıb.


Razılığa görə, “21st Century Fox” film və televiziya studiyaları ilə kabel yayım xidmətləri də satışa daxildir. “21st Century Fox’un” aktivləri arasında X-Men kimi bəzi Marvel mülkiyyətləri və James Cameronun Avatarı da yer alır.


“Financial Times”ın xəbərinə görə, Fox xəbər və spor kimi daha gəlirli sahələrə fokuslanmaq üçün dəyəri daha yüksək olan sinema və televiziya hissələrini Disneyə satıb.


Disneyin yaratmağa çalışdığı yayım platforması baxımından bu satış böyük önəm daşıyır. Şirkət öz yayım platformasınıquracağına görə Netflix tərzində filmlər çəkməyi planlaşdırır. Disney bununla Netflix ilə böyük rəqabətə girməyə hazırlaşır. Görünür, disney yaradacağı yeni platforması üçün yeni kontentlər yaratmağı gücləndirəcək.


Robert A. Iger 2021-ci ilə qədər Walt Disneyin idarə heyətinin başçısı və CEO-su olaraq qalmağa davam edəcək.