“Spartak” xokkey klubu Yapon təkər brendi “Nitto Tire” ilə birgə yeni reklam çarxı bazara təqdim edib.


Yeni çarx göstərir ki, azarkeşlər oyunun gedişatını dəyişdirə bilərlər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə xokkey klubu “Spartak”ın yayımladığı press-relizdə qeyd edilib.


Klipdə retro, futurizm, dinamika, parlaq obrazları bir-birinə qarışıb. Bütün ritm və musiqi “Nitto” təkələrindən çıxan səs vasitəsilə edilir. Azarkeşlər başa düşürlər ki, sevimli komandalarına dəstək lazımdır. Bütün işlərini atıb stadiona yola düşürlər. Buz üstündə olan oyunda hesab “Spartak”ın xeyrinə dəyişir.


Videoda göstərilənlər 1949-cu ildə Yaponiyada yaradılan və 1995-ci ildə ABŞ bazarına daxil olan təkər brendinin kommunikasiya strategiyasının bir hissəsini ifadə edir.


2015-ci ildə şirkətin məhsulları rəsmi qaydada Rusiya, Belarus, Qazaxıstana da tədarük edilməkdədir.