Ötən gün Scott Kilian “Apple Watch” ilə əlaqədar heç vaxt unutmayacağı təcrübəsini “9to5Mac”ə danışıb.


Facemark.az xəbər verir ki, “Artıq “Apple Watch”un pərəstişkarıyam”,- deyən Killianın hekayəsinin incəlikəri isə olduqca təsirlidir.


50 yaşlı vəkil Killian yaşı ilə əlaqədar sağlamlıq təlaşını aradan qaldırmaq üçün bəzi testlərdən keçib. Testlərin nəticələrinə görə, onun sağlamlığı ilə bağlı heç bir problemi olmayıb.


İşinə görə stresli həyatı olan, lakin bundan qorunmaq üçün sağlam həyat məşqlərinə davam edən Killianın infarkt keçirməsi üçün heç bir səbəbi yox idi.


“Apple Watch” xəstəxanada edilən testlərlə eyni nəticəni verib.


Yuxu nizamını izləmək məqsədi ilə “Apple Watch”dan istifadə edən Killian HeartWatch adlı tətbiqdən gələn bildirişlə yuxudan ayılıb. Yuxuda olan zaman normal nəbzinin dəqiqədə 49 atdığını ölçən saat, o gecə ürək döyüntüsü 121 civarında idi.



Xəstəxanaya gedən Killian edilən testlərdə “Apple Watch” ilə eyni dəyəri verib. Testin nəticələrinə görə, həmçinin onun dörd ədəd arterial damar tutulmuşdu. Killian, “Əgər yatmağa davam etsəydim, çox güman ki bir daha yuxudan ayılmayacaqdım”, - deyib.


Killianın hekayəsi nümunəsində deyə bilərik ki, texnologiyanın, həmçinin sağlamlığımıza təsirləri danılmazdır. 50 yaşında hər kişinin bu saatlardan istifadə etməsinin vacib olduğunu deyən Killian, həmçinin “Apple Watch”da istifadə edilən “Kardia Bandı” alıb. “Kardia Band” nəticələri qısa saniyə içində həkimlərlə bölüşməsinə imkan verir.