Jan Koum mobil mesajlaşma tətbiqi olan “WhatsApp”ın qurucusu və CEO-su kimi tanınır. Mesajlaşma sahəsində çevriliş yaradan J.Koumun uğuru bu gün hər kəs tərəfindən rəğbətlə qarşılanır.


Facemark.az xəbər verir ki, “WhatsApp” bu gün dünyanın 180 ölkəsində istifadə edilir. Bu tətbiq ilə 1 milyarddan çox insan aktiv şəkildə mesajlaşır.



Bazardakı payını artırır və “ağıllı” telefonlar vasitəsi ilə hər dəfəsində yeni funksiyalar yaradır. Beləliklə, “WhatsApp” bu gün dinamikliyini qorumaqdadır. Kiçik mağazalarda təmizlik işləri görən J.Koum 1976-cı ilin fevralın 24-də Ukraynanın Kiyev şəhərində bir ailənin tək övladı olaraq dünyaya gəlib. Doğulduğu yerdə xaotik siyasi qarışıqlığın hakim olduğu bir dövrdə o ailəsi ilə birlikdə yoxsulluqla mübarizə aparırdı.


Onun üçün pis hesab edilən şərtlərdən uzaqlaşmaq üçün Jan 16 yaşında anası və nənəsi ilə birlikdə ABŞ-a köçür. Atası da onlara daha sonra qoşulmalı idi. Amma təəssüf ki, 1997-ci ildə vəfat edir. Həyatlarını davam etdirmək üçün anası dayəlik, özü isə kiçik mağazada təmizlik işləri görür.



Məktəb vaxtlarında kompüter proqramlaşdırma sahəsinə olan hədsiz marağını fərqinə varan Koum günü-gündən bu sahədə bacarıqlarını artırmağa başlayır. Bunun üçün isə ikinci əl kitab dükanlarından proqramlaşdırmaya dair kitablar alıb oxumağa başlayır.


18 yaşında özünü inkişaf etdirərək kompüter şəbəkəsi üzrə mühəndis vəzifəsinə qədər irəliləməyi bacarıb. Təhsilini “San Jose” Əyalət Universitetində davam etdirir.



“Yahoo” şirkətində işləməyə başlaması isə həyatını dəyişdirir. Təhsilini davam etdirməklə paralel “Ernst & Young”da təhlükəsizlik məsələləri üzrə “part-time” işləməyə başlayır. Şirkətin reklam sistemindəki təhlükəsizliyini yoxlamaq üçün “Yahoo” adlı axtarış sisteminin üzərində işlər onun karyerasının uğurlu ilk başlanğıcı hesab etmək olardı.


O vaxtlar “Yahoo”nun köhnə işçisi və hazırda isə “Whatsapp”ın təsisçilərindən biri olan Brian Action ilə tanış olur. Daha sonra “Yaho”da infrastruktur mühəndisi olaraq çalışmaya başlayır. “Yahoo”nun sistemindəki uğursuzluq onun həyatına əhəmiyyətli dərəcədə təsir edir.



Davamlı olaraq dərs prosesində “Yahoo” Koumu kömək üçün təcili çağırır. O, təhsil, ya da iş arasında seçim etməli idi. Beləliklə, o işi seçərək “Yahoo”da karyerasını davam etdirir.


Koum və Action doqquz il boyunca “Yahoo”da birlikdə çalışıblar. İkisi də yeni axtarışlar içərisində idilər. Bu səbəbdən də onlar şirkətdən ayrılırlar. Bir il boyunca yeni yerlər kəşf etmək üçün səyahət edirlər. Sosial mediyaya olan maraqlarından dolayı dönəndə “Facebook” və “Twitter”ə iş üçün müraciət etmişdilər. Amma mənfi cavablar almışdılar.



2009-cu ildə geridə qalan pulu ilə “ıPhone” alan Koum mobil dünyanın daha kəşfedilməmiş bir sektora sahib olması marağına səbəb olmuşdu. “Whatsapp”ın meydana gəlməsi də bu ərəfələrdə olmuşdu. Bir dostu tətbiqi genişləndirmək üçün onu “RentACoder.com”dakı kod yazarı olan İqor Solomennikov ilə tanış edir. 2009-cu il fevralın 24-də Koum və Action Whatsappı yaradırlar.



İlk zamanlar bu tətbiqi onu yaxın dostları istifadə edirdi. “Whatsapp”ın tez-tez çökməsi onun bu tətbiqdən imtina etməsinə belə səbəb olmuşdu. Action isə onu inandırdı ki, bir çıxdıqları yolda indi büdrəmək lazım deyil. Davam etmək lazımdır. Bundan sonra, Koum fikrindən daşınmışdı.



“Whatsapp”ın istiqamətini dəyişdirən hadisə isə “iPhone”un “push” bildirişlərini açması olub. Beləliklə, biri dəyişiklik etdiyi zaman cib telefonuna bildiriş gəlir və bu ekranda əks olunurdu. Beləliklə, bu gün möcüzələr yaradan tətbiq yavaş-yavaş populyarlaşmağa başlayıb. “WhatsApp”ın populyarlaşması Kouma əlavə investorlar cəlb etməyə kömək olmuşdu.


“WhatsApp” “AppStore”yə daxil olandan sonra 250 minə yaxın istifadəçi onu yükləmişdi.



Bu da onların uğurlu bir yolda olduqlarını göstərirdi. “Whatsapp”ın bütün dünyada çevrilişə səbəb olması “Facebook” rəsmilərinin də diqqətindən yayınmamışdı. Şirkəti 2014-cü ildə 19,8 milyard dollara alır. Jan Koum bu gün 9,8 milyard dollar sərvəti ilə bütün dünyada danışılır. Lakin o həyatında kəskin dəyişiklik etməyib. Sadə həyatını davam etdirir.


Dünyanın dörd bir yanında olan insanlar ilə ünsiyyətə girmək çox asanlaşıb. Bu gün ağıllı telefon istifadəçilərinin imtina edə bilmədiyi tətbiqlərdən biri olan “Whatsapp” gücünü gündən günə artırmaqdadır.