Yadınızdadırsa, cib telefonları yeni bazara təqdim olunanda onlar sanki kərpic kimi idilər. Sonra ölçüləri kiçildi, dizaynları sadələşdirildi.



Facemark.az xəbər verir ki, ağıllı telefonlar dövrü başlayanda isə onların ölçüləri yenidən böyüməyə başladı. Yəni, mövzu cib telefondursa, ölçü məsələsi həmişə mübahisəli və qarışıqdır.


Yenə də bu həqiqətdir ki, böyük ekranlı telefonlar həyatımızı hər nə qədər asanlaşdırsa da, xüsusilə idmanla məşğul olanlar üçün daşınması çox çətindir.



Cib və çanta olmadan qaçan, velosipedə minən, idman edən hədəf kütlə üçün düşünülmüş “tiny t1” isə çox kiçik telefondur, sözün əsl mənasında kiçik.


“Zanco” tərəfindən istehsal olunan məhsul dünyanın ən kiçik cib telefonu olduğunu iddia edir. Məhsul baş barmağımızdan qısa, çox yüngüldür.


Oyuncaq kimidir, amma deyil və istədiyiniz zaman zəng edə, zənglərə cavab verə, mesaj ata bilərsiniz. Yəni, normal telefonların bir sıra funksiyalarına sahibdir.


Görüntüsü hər nə qədər sadə olsa da, əsl sual budur? Bu bizə lazımdırmı? İl baxışda elektronik əşyaların həvəskarları üçün əyləncəli bir hədiyyə ola bilər.



Sanki heç bir fayda vermir, hətta kiçik telefonla mesaj yazmağın cansıxıcılığını xəyal edin. Amma “tiny t1”in özünəməxsus üstünlükləri var. Ən önəmlisi qeyd etdiyimiz kimi hər cib və çantaya rahatlıqla yerləşə bilməsidir.


Nano SIM istifadə edən “Zanco tiny t1” bütün mobil telefon operatorları ilə çalışır. Ölçülərindən dolayı yalnız 2G-ni dəstəkləyir.



Batareya dayanıqlığı istifadə etmədən 3 gün, istifadə zamanı isə 180 dəqiqədir.


Onun internetə bağlanmaq funksiyaları yoxdur, onun əsl məqsədi zəng etmək və zənglərə cavab verməkdir.