çərşənbə axşamı, 16 yanvar 2018

Seymur Quliyev: Marketinq sevgisi ilə bütün çətinliklərin öhdəsindən gəldik - Foto

1019

Azərbaycanda dekabrın 23-də keçirilən ilk “Marketinq Sammiti”nin təşkilatçısı “AzMarketinq” Şirkətidir və təşkilat komitəsi 4 nəfərdən ibarətdir. Təşkilat komitəsinin rəhbəri Eyyub Qarabağlı, AzMarketinq Şirkətinin rəhbəri isə Rasim Abutalıbovdur.

Facemark.az isə Azərbaycanda ilk “Marketinq Sammiti”nin təşkilatçısı olan “AzMarketinq” Şirkətinin marketinq direktoru Seymur Quliyev ilə olan müsahibəsini təqdim edir.

- Seymur bəy, Azərbaycanda keçirilən birinci “Marketinq Sammiti” nə ilə yadda qaldı?

- “AzMarketinq MMC” tərəfindən təşkil olunan İlk Marketinq Sammiti bütün marketinq camiasının bir araya gəlməsi və bir bütün olması ilə yadda qaldı. “Made in Azerbaijan” brendinə dəstək xarakterli olan bu sammit olduqca əhəmiyyətli idi və bu səbəbdən Marketinq Sammiti kifayət qədər yadda qaldı və qalacaq.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, ilin trendlərinə uyğun olaraq “Marketinq Sammiti” davam etdiriləcək. Sizcə, 2018-ci ilin marketinq trendləri nələr olacaq?

- Strateji yol xəritəsindədə “Made in Azerbaijan” brendinin formalaşdırılması prioritet hədəf olaraq qeyd edilib və 2017-ci ildən başlayaraq fəaliyyət planları icra ediməyə başlanıb. Bu 2017-ci ilin trendi oldu. 2018-ci il üçün bir çox trend gözlənilir və artıq “Marketinq Sammiti” təşkilat komitəsi 2018-ci il üçün bəzi trendləri təxmin edib və artıq bu istiqamətdə işlər görülməyə başlanılıb. Təxminləri hələki təxmin olduğu üçün söyləyə bilməyəcəm.

- Əcnəbi spikerlər ilə konfransdan sonra söhbətiniz oldumu? Onlar hansı düşüncələr ilə ölkəmizdən ayrıldılar?

- Təbii ki, qala gecəsində və ertəsi gün qardaş Türkiyədən olan təqdimatçılarla görüş keçirdik. Görüş zamanı ölkəmiz haqqında xoş sözlər deyildi. İki spiker ilk dəfə idi Bakıda olurdu. Bakının memarlıq üslubu və insanları onların çox xoşuna gəlib. Marketinq Sammiti ilə bağlı olaraqda tövsiyələrini verdilər. Növbəti il üçün yenidən Bakıda olacaqlarını söylədilər.

- Konfransın ərəsəyə gəlməsi zamanı hansı çətinlikləriniz oldu? Həm spiker, həm də auditoriyada maraq oyatmaq baxımından?

- Marketinq Sammitinin ərsəyə gəlməsi 6 aylıq bir fəaliyyətin nəticəsi idi.Təşkilat komitəsinin üzvi olan Qələndər Məmmədlinin fikri olan Marketinq Sammitinin həyata keçirilməsi zamanı olduqca sıx bir proqram həyata keçirdik. İstanbul, London, Edinburq və Astanada olduq və bəzi partnyorlar ilə görüşərək onların dəstəyini aldıq. AzMarketinq olaraq İstanbulda yerləşən BrandSuite Konsaltinq ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Təbiiki, müəyyən sıxıntılar da oldu və hətta ən son günə kimi bu baş verdi. Lakin komanda əzmi və komanda ruhu ilə yoğrulmuş marketinq sevgisi ilə bunun öhdəsindən gəldik. Onuda qeyd edim ki, sammitin reallaşmasında Comunical, Azpromo, Yello, Vitam kimi yol yoldaşlarımızın əməyi danılmazdır.

- Tədbir “Made in Azerbaijan” brendinin inkişafına həsr edilmişdi. Sizcə, bu yolda nə qədər uğur əldə edildi?

- 2017-ci il üçün prioritet hesab olunan “Made in Azerbaijan” il ərzində fəaliyyət planları və tədbirlər ilə dəstəkləndi. Biz də AzMarketinq və MS2017 təşkilat komitəsi olaraq, həm dövlətin strateji addımlarını, həm də özəl sektorun marketinq fəaliyyətini dəstəkləmək üçün ilk Marketinq Sammitini həyata keçirdik. Bir növ dövlətin strateji addımları ilə özəl sektor arasında körpü rolunu oynamağa çalışdıq. Tədbir kifayət qədər effektiv və səmərəli oldu. Tədbir təşkilatçılıq və dəstək yönümlü olaraq kifayət qədər uğurlu oldu və düşünürük ki, özəl sektor üçün lazım olan informasiyanı çatdıra bildik.

- Konfrans ilə bağlı yekun nəticələr varmı? Auditoriya neçə nəfərdən ibarət idi? Sizcə, ən çox bəyənilən spikerlər kim oldu?

- Sammitin nəticələr ertəsi gün analiz edildi. 310 iştirakçı üçün yer ayrılmışdı. İştirakçılardan 100 nəfər tanınmış marketoloq və biznes sahəsində təsir gücünə (influencer) sahib olanlar idi. Eyni zamanda, ixrac ilə məşğul olan 100 müəssisə və ixracatı təşviq edən assosiasiyalar özəl olaraq dəvət olunmuşdu. 100-ə yaxın iştirakçı isə sammitin rəsmi veb səhifəsindəki (www.marketingsummit.az) müraciət bölməsini doldurmaqla tədbirə qatılmışdı. Dəvət edilmiş şəxslərin 90%-i tədbirdə iştirak edib.

Bütün spikerlərin mövzuları “Made in Azerbaijan” istiqamətli spesifik olaraq incəliklə seçilmişdi. Hər bir spiker öz sahəsinin mütəxəssisidir və bu səbəbdən təqdimatçıların hər biri uğurlu çıxışı ilə yadda qaldı. Əsas olan cəmiyyətə və ölkəmizə faydalı olan addımlar ataq. Spikerlərimizdən Tural Abbaslı öz çıxışını gözəl sonluqla yekunlaşdırdı: “Made in Azerbaijan” bizik, fərd olaraq bizik”.

Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün