Elon Musk gələcəyin bünövrəsini yaradaraq ən iddialı və uğurlu liderlərdən birinə çevrilib. O, gələcəyin ilk bünövrəsini bu gün “PayPal” olaraq bilinən şirkəti quraraq və daha sonra onu sataraq qoyub. Onun indiki cəhdləri arasında isə elektrik mühərrikli avtomobil istehsal edən “Tesla” şirkəti və bir gün Marsa gedəcəyinə ümid etdiyi “SpaceX” kosmik şirkəti də var.


Facemark.az Business Insider-ə istinadən xəbər verir ki, lakin, Musk bütün bunları özü tək etmədi. “Esquire” jurnalının verdiyi məlumata görə, bir gün ondan soruşurlar “Raket istehsal etməyi necə öyrəndin?” O, isə belə cavab verib: “Kitab oxudum”. Doğurdan da o müxtəlif sahələrdə uğur qazanmış, ona ilham verən insanları araşdırıb. O, tək deyildi. Dünyanın 233 ən zəngin insanları arasında aparılan sorğuya görə, onların 88%-i hər gün vaxtlarının yarım saatını kitab oxumağa sərf edirlər. Musk kimi bir çox zəngin iş adamları “nonfiction” kitabları oxumağı sevdiklərini deyiblər.


Musk sevdiyi, onu formalaşdıran kitabların adlarını paylaşmaqdan utanmır. Gələcəyi necə görürsünüz? Biz hara gedirik? Muskın tövsiyə etdiyi beş kitabı məhz bu nüanslara toxunub.


- 'Structures: Or Why Things Don't Fall Down' by J.E. Gordon



Elon Musk bu kitab haqqında deyir. “Əgər structural dizayn haqqında məlumat almaq istəyirsinizsə, bu kitab doğurdan da yaxşıdır”. Ən çox satılan kitab, həmçinin “Scientific American and Architect's Journal” tərəfindən də tövsiyə edilib.


- Superintelligence: Paths, Dangers, Strategies' by Nick Bostrom



Musk inanır ki, texnologiyanın gücü bəşəriyyətə kömək olacaq. 'Superintelligence' kompüter zəkası insan zəkasını üstələyərsə nələr baş verə biləcəyindən bəhs edir. Musk Twitter də yazmışdı ki, bu kitabı oxuyur.


- 'Our Final Invention' by James Barrat



Barratın kitabında bir gün ağıllı maşınların insan zəkasını üstələdiyi təqdirə nələr baş verə biləcəyinə toxunur. Kitabda bu zaman bəşəriyyətin sonumu gələcək? sualına cavab tapacaqsınız.


- 'Life 3.0: Being Human in the the Age of Artificial Intelligence' by Max Tegmark




- Max Tegmark və MİT professorlarının birgə yazdığı ən çox satılan kitab hamımızın gələcəkdə görmək istədiyimiz bəşəriyyət ilə bağlı çətin sullar verməyimizin vacibliyinə toxunur. Texnoloji yeniliklərimizin də bu hədəflərə uyğun müəyyən edilməsini vurğulayır.


- 'Zero to One: Notes on Startups, or How to Build the Future' by Peter Thiel and Blake Masters



- Silikon Vadisində bəzi insanların böyük zənginliklər qazanması insanlarda “startup” mədəniyyətinə olan marağı artırıb. Musk bu dalğanı 1999-cu ildə onlayn ödəmə şirkəti olan X.com-u yaratmaq ilə nail olmuşdu. Daha sonra şirkət Peter Thielin yaratmış olduğu “PayPal”a birləşdirildi. Bu onların hər ikisinə daha çox pul qazandırdı və dünyada məşhur olmalarına kömək oldu. Musk deyir ki, “Zero To One” kitabında P.Thielin bunu necə etdiyinə dair ipuçları tapacaqsınız.