çərşənbə, 2 dekabr 2020

Niyə “Coca-Cola” 126 ildir bazardadır? - Foto

1033

Əvvəlki yazımızda “Coca-Cola”nın 19 əsrdən 1960-a qədər olan tarixindən bəhs etmişdik.

Facemark.az bu dəfə isə şirkətin 1960-cı ildən bu günə olan tarixini araşdırıb.

1960-1981 müştərilər dünyası

“Coca-Cola”nın orjinal şüşəsi 1977-ci ildə patentləşdirilmişdi. “Coca-Cola”nın ilk marketinq kampaniyaları kuponlar, içkinin dadına pulsuz baxılması, qəzet elanları vasitəsi ilə olub. Bu illərdə satışları artırmaq üçün 6 ədəddən ibarət məhsul istehsal edilmişdi. 6-lı məhsullar 25 sentə satılırdı. 5-ni alana 6-cı şüşə pulsuz verilib.

Marka 1970-ci illərdə reklamlarda “Əyləncə, Dostluq və Xoş Zamanlar” konsepsiyasından istifadə edib. Firma “Fanta”, “Sprite”, “TAB” kimi yeni markaları bazara çıxarmağa başlayıb. “Coca-Cola”nın ilk beynəlxalq arenaya çıxması 1971-ci ildə reklamlar vasitəsi ilə olmuşdur. İtaliyadakı dünyanın fərqli yerlərindən gələn bir qrup gənc “Biz Cola Dünyasını Almaq istəyirik” mahnısı ilə marağa səbəb oldu.

1979-cu ildə “Coca-Cola”nın “İç və Gül” konsepsiyası ön planda olub. 1980-ci illərdə “O Cola”dır, “Dalğanı Tut”, “Hisslərinə qalib gələ bilməzsən” reklamlarda ön plana çıxarlan sloqanlar olub. Daha sonra isə ağ qış ayısı “Həmişə Sərin” devzi ilə bazarda “partlayış” edib.

1982-1999 “Diet Cola”, “Yeni Cola”, Yeni Bazarlar

1982-ci ildə bazara “Diet Cola” çıxarılıb. 1985-ci ildən 1999-cu ilə qədər illik ilk orjinal formuldan fərqli “Yeni Cola” istehsalı bazara təqdim edilib. Bazara çıxarılan “New Coke” insanlar tərəfindən bəyənilmir. 400 000 insandan telefon və məktub alan firma Pembertonun klassik Cola formuluna geri qayıdır. Bu məhsula isə “Coca Cola Classic” adı verilir. 1993-cü ildə yazarlardan biri Pembertonun gizli formulunu açıqlayan kitab yazır və orda formulun inqridentlərini qeyd edir. Ancaq, onun təklif etdiyi formul “Classic Cola” ilə heç bir əlaqəsi yox idi.

2000 və bu gün

“Coca Cola” 2000-ci il reklamlarında “Xoşbəxtliyi Açıram” sloqanından istifadə edib. Bu gün dünyada 500 fərqli marka içki istehsal etsə də, “Coca-Cola” ilə eyni dad və keyfiyyəti dünyanın ən ucqar yerində də tapa bilərsiniz. Bu gün Cola dünyada 206 ölkədə istifadə edilir. 125 ildir istehsal edilən “Coca Cola Classic”in gizli formulu Atlantada, Xoşbəxtlik Evində çox gizli saxlanılır.

“Coca-Cola Dünyası”nın Atlanta Pembertondakı muzeyindəki foyedə “Coca-Cola” şüşələri üzərinə dünyanın hər yerində hazırlanmış motivlər sərgisi yerləşir. “Coca-Cola”nın bu günə qədər etdiyi reklam materialları, şüşə, qutu, kassa tipləri, pərakəndə satış vasitələri, jetonlu Cola maşınları (Vending machines) keçmişdən bu günümüzə nümayiş olunur.

“Coca-Cola Dünyasın”da Xoşbəxtlik Fabriki Teatrındakı Colanın istehsal hekayəsini zövqlə izləyirsiniz. Məhsulun qablaşdırılmasında Colanın robotlarla necə edildiyini, məhsulun şüşələrə tökülməsini, anbarlara yığılmasını video halında izləyirik. Muzeydə “Coca-Cola”nın formulu qapalı şüşə arxasında ziyarətçilərə göstərilir.

Dünyada olan içkilərin dadına baxılması mərkəzində isə dünyada istehsal edilən 60 fərqli içki qitələr səviyyəsində sinifləndirilən standardlarda istədiyiniz qədər içəbilərsiniz. Burada məqsəd “Coca-Cola”nın dadının dünyadakı bütün içkilərdən daha yaxşı olduğunu ziyarətçilərə hiss etdirməkdir.

Pozitiv Həyat Portretləri Divarında “Coca-Cola”nın sponsor olduğu idman oyunları ilə əlaqədar əsərlər yer alır. Pop Mədəniyyət Qalereyasında isə “Coca-Cola”nın sponsor olduğu musiqi tədbirlərindən rəsmlər yer alır.

“Coca-Cola Dünyası”nı tərk etmədən öncə hər kəsə kiçik şüşə “Coca-Cola” hədiyyə edilməkdədir. Çıxışda yerləşən “Coca-Cola Store” da “Coca-Cola” ilə bağlı yüzlərcə fərqli hədiyəlik əşya, əlbisə, xüsusi olaraq dizayn edilmiş şüşələr və s. ziyarətçilərə satılır.

“Coca-Cola”nın talismanları ilə rəsm çəkdirib oradan aldığınızda 20 dollar, giriş üçün isə adambaşına 16 dollar ödəməlisiniz.

Coca-Cola ilə bağlı qeyri-adi həqiqətlər

- Bugünə qədər istehsal edilən “Coca-Cola” 8 “ounce” orjinal şüşələrin içinə qoyulsa 6 trilyondan çox şüşəni doldurar və bunun yüksəkliyi isə 468 mil edər;

- 1985-ci ildə astronomlar “Coca-Cola”nı “Space Shuttle Challenger” də “Velcro” pipetkası ilə kosmosda içməyi test ediblər;

- Hər “Coca-Cola” məhsulu marketdəki rəflərə getmədən öncə 450 fərqli testdən keçir. Məzmun, qablaşdırma keyfiyyəti yoxlanılır;

- “Coca-Cola” bu gün dünyada 770 min işçisi ilə 206 ölkədə 365 gün “xoşbəxtlik” paylaşırlar;

Nəticələr

Bu gün dünyadakı 200 ölkədə 500 fərqli marka içki və 3300 içki çeşidi var. Amma bütün dünyada içki deyəndə ağla dadı, loqosu, şüşəsi ilə gələn və dünyanın ən çox tanınan markası Coca-Coladır. Bu gün alkoqoluz içkilər normal-klassik, az kalorili, şəkərsiz, meyvə suları, enerji içkiləri, idman içkiləri, hazır çay və kofeli içkilər olaraq sinifləndirilir.

“Coca-Cola Classic” dünyada ilk asan tapılan və bunu 126 ildir uğurla markalaşdırıb sata bilən dünyanın ən önəmli və böyük firmasıdır. “Coca-Cola”nın qablaşdırmada istifadə etdiyi plastik şüşələrdə 100% bərpa edilə bilir. Bərpa olunan plastik şüşələr yenidən qablaşdırmada istifadə edilir. “Coca-Cola” bir sirrdir və bu sirr hesabına dünyanın ən çox tanınan markalarından biri olmuşdur.

Bu gün dünyanın 206 ölkəsində ala biləcəyiniz tək məhsul bəlkə də “Coca-Cola”dır və dadı, keyfiyyəti dünyanın hər yerində eynidir. “Coca-Cola” formulunun sirri 126 ildir gizli saxlayır, doğru və dəqiq marketinq kanallarından istifadə etməsi, loqosuna sahib çıxması, rənglərini dəyişdirməməsi, idman və gənclik tədbirlərinə dəstəkləri ilə dünyanın ən çox tanınan markaların ən əvvəlində yer almasına səbəb olub.

2013-cü ildə beynəlxalq marka dəyərləndirmə qurumu “Brand Fiance”nin etdiyi marka araşdırmasında dünyanın ən dəyərli markaları arasında “Apple”, “Google”, “Microsoft”, “IBM”, “Wallmart”, “Samsung”, “General Electric”, “Coca-Cola” yer almışdır.

“Coca-Cola” dünyanın ən dəyərli 8-ci markası olsa da, qida və içki kateqroiyasında yenə də 755 rəqib marka içində birincidir.

“Coca-Cola” ilk əvvəl dünyanın dördüncü ən tanınan markası idi. Marka olmaq asan deyil, amma önəmli olan markanı qlobal səviyyədə 770 min işçisi ilə 126 ildir davam etdirmək ən əhəmiyyətli uğurdur.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün