“YouTube” video izləmək və yükləmək üçün ən populyar platformadır. “YouTube” “PayPal”da çalışan 3 nəfər tərəfindən 2005-ci ildə yaradılmışdı. 2006-cı ildə isə platforma “Google” tərəfindən alınır. Platformanın populyarlığı hər keçən gün artmağa davam edir. Məşhurlar ən yeni video və xəbər yeniliklərini paylaşmaq üçün bu platformadan istifadə edir. Ancaq “YouTube”un üstünlüklərindən faydalananlar təkcə məşhurlar deyil. Əsl adını gizli saxlayaraq, boş zamanlarında yüklədikləri videolar ilə məşhurluğu əldə edən fərqli istifadəçilər də var. “YouTube” insanlara bacarıq və istedalarını nümayiş etdirmək və öz fan bazalarını yaratmaq şansı təklif edir.


“YouTube”un reklamları videolara bağlayaraq başlatdığı gəlir paylaşımı tətbiqi hesabına hər kəs kanaldan pul qazana bilir. Ancaq dürüst şəkildə demək lazımdır ki, əgər “YouTube”dakı karyeranızı inkişaf etdirmək istəyirsinizsə, daha davamlı çalışmalısınız. İnsanların bir çoxu davamlı, keyfiyyətli və maraqlı kontentləri ilə milyonlarla baxış sayı toplaya bilirlər. Beləliklə, onlar həm məşhurluq, həm də pul qazanmış olurlar. Ən uğurlu “YouTube” ulduzlarından biri kimi Kanadalı pop ulduzu Justin Bieberi misal göstərmək olar.


“YouTube” “Partner” proqramını inkişaf etdirməsi nəticəsində istifadəçilər hər 1000 baxış sayı üçün və hər klikə görə pul qazanırlar. Bu video öncəsi çıxan reklamların niyə çoxaldığına işarədir. “YouTube” inkişaf etdikcə, yeni ulduzlar da ortaya çıxmağa davam edir. Görünən odur ki, insanlara təklif edə biləcəyi əyləncəli, maarifləndirici, yaradıcı videoları olanlar “YouTube”dan pul qazanmağa davam edəcək.


Sizlər üçün “YouTube”da videoları milyardlarla baxış sayı yığan ulduzları bir yerə topladıq. Öz gücləri hesabına zəngin olan 10 “YouTube” milyonçusu:


10 – Epic Rap Battles 5,7 milyon dolar (818 milyon nəfər baxış sayı)



Bu fikir iki nəfər dostundan çıxıb. Hər video üçün isə təxminən 50 dollarlıq büdcə ayırırlar.



Epic Rap Battle kanalını 2010-cu ilin sentyabrında açan iki dost, tarix və filmlərdəki qeyri-adi xarakterləri bir videoda toplayaraq xarakterlərə “rep atışması” edirdilər. İlk rəsmi videoları John Lennona qarşı O’Reilly dueli idi və olduqca populyarlıq qazanmışdı. Ancaq əsl partlayış Adolf Hitler və “Star Wars”un pis qəhrəmanı Darth Vadera rep dueli etdikləri ikinci videoları ilə olmuşdu. İki milyonerin “YouTube” hesabına əldə etdikləri qazanc 5,7 milyon dollardır.


9 – Uber Haxor Nova 7,7 milyon dolar (1,1 milyard baxış sayı)



Siyahının 9-cu pilləsində James “Nova” Wilson, 2008-ci ilin aprelində çeşidli video oyunları ilə əlaqəli şərhlər etdiyi və gediş yollarını göstərdiyi videoları ilə “YouTube” ailəsinin bir üzvi oldu. Yumor dolu kontentləri, istifadəçilərinə təklfi etdiyi oyun ipuçları və hiylələri ilə məşhur oldu. “Chronicles of Nova” seriyası və bir sıra əlavə video şərhləri hesabına kanalı inkişaf etdirdi. Onun bu günə qədər əldə etdiyi qazanc isə 7,7 milyon dollardır.


8 – Captain Sparklez 8,4 milyon dolar (1,2 milyard baxış sayı)



Hobbisini karyeraya çevirən aktyor Captain Sparklez ilk videosunu 2013-cü ilin iyulun 1-də yüklədi. “YouTube” dünyasında yeni olsa da, inanılmaz bir uğur qazandı. İlk olaraq “Minecraft”ın çətin səviyyələrində ilişib qalanlar üçün kömək videoları yükləməyə başladı. Ancaq o bu nöqtədə də dayanmadı. “YouTube” kanalını digər aktyorların maarifləndirici videolarının və ən populyar video oyunlarından bəzilərinin parodiya video komediyaların yer aldığı məkana çevirdi. Eyni zamanda, ilin hit parçalarına görə musiqi videoları da hazırlayırdı. Captain Sparkelz bütün yaradıcı enerjisi hesabına “YouTube”un ən uğurlu doqquzuncu və qazanclı ulduzu oldu. Bu milyonçunun bu günə qədər qazancı isə 8,4 milyon dollardır.


7 – Jenna Marbles 9,1 milyon dolar (1,3 milyard baxış sayı)



Jenna N.Mourey ən məşhur “Jenna Marbles” “YouTube”a yüklədiyi “How To Trick People Into Thinking You are Good Looking” ( İnsanları gözəl göründüyünüzə dair necə aldada bilərsiniz?) adlı videosu ilə ilk həftədə 5,3 milyon dəfə izlənildi. “How To Avoid Talking To People You Don’t Want To Talk To (Danışmaq istəmdiyiniz şəxsin sizinlə ünsiyyət qurmamasına necə mane ola bilərsiniz?) videosu ilə “New York Times” və “ABC News”i belə təsirləndirməyi bacarmışdı. Jenna rəsmi adı əvəzinə səhnə adını istifadə etməyə üstünlük verdi. Çünki anasının açıq-saçıq videolarını tapmasını istəmirdi. Marbles davamlı olaraq videolar yükləməyə davam edir. Hətta “The Annoying Orange” ve “Epic Rap Battles”da qonaq aktyor olub. Bu gün o “YouTube”da ən uğurlu qadınlardan biridir. Qadın milyonçunun “YouTube”dan bu günə qədər qazandığı gəlirlərin miqdarı isə 9,1 milyon dollardır.


6 – Toby Games 10,5 milyon dolar ( 1,5 milyard baxış sayı)



Amerikalı komediya ustası Toby “Games” Turner, məşhur “Click” filmi üzərindən hazırladığı komedi skeci ilə “YouTube”a 2006-cı ildə daxil oldu. “YouTube”un süper starı olmağı bacardı. Əyləncəli remix videolar və səhnələşdirilmiş şərhləri hazırlayaraq davam etdi. Toby karyerasında irəliləməyə davam etmək üçün Los Angelesa köçür və digər populyar “YouTube” istifadəçilərinin videolarında kiçik rollarda yer alır. Bu “YouTube” milyonçusunun bu günə qədərki qazanı isə 10,5 milyon dollardır.


5 – “Real Annoying Orange” (Əsəbi Portağal) 13,3 milyon dollar (1,9 milyard nəfər baxış sayı)




Dane Boedigheimer, ətrafındakı bütün meyvə və tərəvəzləri əsəbləşdirən insan bənzəri portağalı canlandırdığı “Annoying Orange” seriyasını 2009-cu ildə başlatdı. Boedigheimer danışan qida konsepsiyasına yad deyildi. Çünki “JibJab” üçün fərqli xarakter və hekayələrdən ibarət video seriyası hazırlamışdı. Görünən odur ki, orjinal konsept alma idi. Ancaq meyvəyə insan cizgiləri vermək o qədər də asan deyildi. Boedigheimerin əsl məqsədi “YouTube” üçün tək bir video hazırlamaq idi. Bu videonu 2010-cu ildə “YouTube” kanalına yüklədi. Ancaq populyarlığı artdığından və fanlar daha çox video üçün yalvardıqlarından o, tam seriyalar hazırlamağa qərar verir. Bunun üçün isə “Real Annoying Orange” adlı yeni bir kanal açdı. Fərqli konseptindən dolayı kanal “YouTube”un ən populyar kanallarından biri halına gəldi. 2011-ci ildə “Bottle Rocket Apps”, “Annoying Orange”dən təsirlənərək “Kitchen Carnage” adlı bir video oyunu yaratdı. Danein bu günə qədərki qazancı isə 13,2 milyon dollardır.


4 – “BlueXephos” 16,1 milyon dolar (2,3 milyard baxış sayı)



“BlueXephos”, bir qrup ingilis video oyunçusunun və yumoristik videolar hazırlayan dostlarının yaratmış olduğu “YouTube” kanalıdır. 2008-ci ildə Lewis Brindle və Simon Lane tərəfindən qurulan kanal populyar video oyunlarının gediş yollarına dair videolar və əyləncəli oyun videoları hazırlayır. Kanalda ümumilikdə, kanalı ərsəyə gətirənlər və dostlarının oyunların çətin səviyyələrini gurultulu şərhlər, bəzəkli ssenarilər və yumoristik səsləndirmələr ilə oynadıqları videolar yer alır. Kanal 2013-cü ilin martında “YouTube”da ən çox baxış sayı yığan və ikinci ən çox izləyicisi olan kanal olub. Simon və Lewis, “Joystick Awards”da iki il dalbadal “Greatest YouTube Gamer” mükafatını aldılar. “YouTube” hesabına milyonçu olan gənclərin bugünə qədərki qazancları isə 16,1 milyon dollar.


3 – Ray William Johnson 18,2 milyon dolar (2,6 milyard baxış sayı)



Oklahoma Citydən olan Ray William Johnson hazırladığı bir video hesabına 2011-ci ildə ən çox izlənilən videolar arasında altıncı olmağı bacardı. Jhonson, viral videolara əlavə etdiyi fikirləri və şərhləri ilə hazırladığı “Equals Three” adlı seriyası hesabına populyarlıq qazandı. Eyni zamanda, Johnson, fərqli musiqi janrları üçün sözlər yazır. Onun zarafatcıl şərhləri və maarifləndirici işlərini görmək istəyən izləyici kütləsi var. Jhonsonun bugünə qədərki qazancı 18,2 milyon dollar.


2 – “Smosh” 19,6 milyon dolar (2,8 milyard baxış sayı)



“Smosh”, lan Hecox və Anthony Padilla adlı şəxslərdən ibarət olan komediya cütlüyüdür. Padillanın internet saytı “smosh.com”dan təsirlənən “Smosh” adını qoyduqları “YouTube” kanallarını 2005-ci ilin sonbahar aylarında açdılar. Videoları musiqiyə görə dodaq hərəkətlərini uydurduqları saysız-hesabsız populyar musiqi və mahnı məzmunundan ibarətdir. “Pokemon” məzmunlu videoları 27 milyondan çox baxış sayı ilə “YouTube” izləyicilərinin diqqətini çəkdilər və video o zamanın ən populyar videosu oldu. Müəlliflik hüququndan dolayı “Pokemon” şirkəti videonu geri çəkdi. Ancaq 2010-cu ildə “Smosh” musiqini yenidən ortaya çıxardı və kəlimələri dəyişdirərək “Pokemon” şirkətini tənqid etdi. “Smosh”, 2006-ci ildən bəri davamlı aralıqlarla əlavə edilən videoları ilə populyar olmağa davam edir. Onun bu günə qədərki qazancı isə nə az nə çox düz 19,6 milyon dollardır.



1 – “Pewdiepie” 124 milyon dolar (11 milyardan çox baxşı sayı)



İsveçli Felix Arvidin “Pewdiepie” adlı “YouTube” kanalı ilk olaraq video oyunları sahəsinə fokuslanmışdı. Fərqli video oyunları oynadığı və şərhlər etdiyi “Let’s Play” videolarında mütəxəssisə çevrilmişdi. 2013-cü ilin dekabr ayından etibarən 17 milyondan çox izləyicisi var və bu siyahı artmağa davam edir. Ötən illərə qədər “Pewdiepie” “YouTube”da ən çox üzvi olan kanal olmuşdur.