Bu gün reklamçılıq sektoru fərqli sahə və formalarda reklam növləri ortaya qoymağa başlamışdır. İnternetin əhatə dairəsinin, video yaratmaq və paylaşımın daha da artmasından dolayı viral reklam da populyar hala gəldi. Viral reklam, davamlı olaraq kontent paylaşımı, e-mail üzərindən yayılan paylaşımların qulaqdan qulağa yayılması texnikası ilə bütün internet istifadəçilərinə çatmaq üsuludur. Ağızdan ağıza marketinq üsulu (WON) ilə çox bənzər özəliklərə sahibdir. Fərqi isə viral reklamın 99%-nin internetdə olmasıdır.


Viral reklamın ən çox istifadə edildiyi sahələr isə video paylaşma saytlarıdır. “YouTube”, “Twitter” viral reklam üçün istifadə edilə bilən imkanlara sahibdir. Viral reklamın məqsədi məhsulu təqdim etmək deyil, hadisəni danışmaqdır.


Viral reklam üçün böyük büdcə və komandaya ehtiyac yoxdur. Öncə reklamı ediləcək məhsulun olması, yaxşı ssenari və istənilən oyuncuların tapılması, ya bloq, ya da sosial platforma üzərindən yayımlanacaq hesabın olması və istifadəçilərə kütləyə reklam olduğu bəlli edilməyəcək qədər təbii aktyorluq nümayiş etdirmək lazımdır.


Nümunələr:


VOLVO – TRUCKS AND CASE STUDY



Nivea | The Stresstest



Türk Hava Yolları Viral Reklam



Optimal Electronics - Ömür Bitər Yol Bitməz



Samsung India Service (SVC) – We’ll take care of you, wherever you are.


NESCAFÉ – CONNECTIONS


Viral reklamın üstünlükləri nələrdir?


- Klassik televiziya reklamları kimi yüksək büdcə tələb etmir;


- Bu reklam növündə məhsul reklamın içində gizli saxlanılır. İstifadəçilər ilk baxışda reklam olduğunu başa düşmürlər;


- Qısa zaman kəsiyində milyonlarca istifadəçiyə ötürülə bilir;


- İstifadəçilər bu tip videoların reklam olduğunu başa düşmədiklərindən dolayı, çox zaman sloqan, hekayə insanlar arasında müzakirə olunmağa başlayır. Beləliklə də, reklamın ağızdan-ağıza ötürülməsi üsulu həyata keçir;


- Müştərinin zehnində yer edilən reklamda verilmək istənən mesaj hədəfinə çatmışdır. Arxa planda olan marka maraq oyandıraraq insanları məhsul və veb saytına yönləndirəcək. Beləliklə də, reklam əsl hədəfinə çatmış olacaq;


- Viral reklam üsulunda mesaj birbaşa şüuraltına göndərildiyi üçün marka və məhsul haqqında etibarlılıq fikri beyində meydana gəlir;


- Viral reklam hesabına markamızı geniş kütlələrə çatdıra bilər və məşhurluğunu artıra bilərik.


Viral marketinqin xüsusiyyətləri


-Təkcə hədəf auditoriyası üçün deyil, hər kəsə xitab edə biləcək duyğusal, əyləncəli ssenari yaradın. Reklamı elə hazırlayın ki, ilk baxışda maraq qazana bilsin;


- İzləyicilərin qarşılıqlı əlaqəsinə icazə verin:


- Paylaşmaq üçün asan hala gətirin;


- Multiplatform mesajlar;


- Reklama insanları hərkətə keçirəcək mesajlar əlavə edin.