Lifehacker.ru analtikləri dərhal smartfonlarınızdan silməli olduğunuz məşhur və köhnə tətbiqlərin siyahısını hazırlayıb.


- “Facebook” və başqa sosial platformalar



“Facebook” bu gün ən məşhur olan sosial platformadır. Elə buna görə də, təəccüblü deyil ki, tətbiq çox sayda istifadəçilər tərəfindən telefonlara yüklənmişdir. Mobil tətbiq yeni layklar haqqında anında bildiriş almağa, səhifədə yeni foto paylaşmağa və dostlarla daima əlaqədə olmağa imkan verir. Bununla yanaşı, tətbiq böyük miqdarda sistem qaynağı tükədir və mobil qajetin batareya ömrünü azaldır. “AVG Android App Report”un illik hesabatına görə, android platformasında ən təhlükəli tətbiqlərin top onluğunda “Facebook” ön pillələrdə olub.



Alternativ


“Facebook”un istənilən müasir mobil versiyasını axtarış sistemlərinə daxil olmaqla istifadə edin. Funsionallığa gəldikdə, elə də fərqlilik yoxdur. Amma əsas odur ki, “bezdirici” bildirişlər almırsınız və batareyanın da ömrü uzun olur.


- “The Weather Channel” və digər tətbiqlər



“The Weather Channel” hava haqqında proqnoz öyrənməyin ən sadə yollarından biridir. Burada siz animasiyalı divar kağızı, meteoroloji xəritələr və interaktiv vidjetlərdən ibarət olan buket və Allah bilir daha nələr görəcəksiniz. Bütün bunlar cihazın yaddaşına oturur, beş dəqiqədən bir internetə bağlanır, sözün ən kobud mənasında isə “batareya”nı yeyir.


Altenativ


Pəncərəyə baxın. Masaüstü kompüterinizin ekranında görünən informasiyadan daha etibarlısını əldə edəcəksiniz. Əgər planlarınızı əvvəlcədən qurmaq istəyirsinizsə, bunun üçün “Google”un bir həftə əvvəlin hava proqnozlarını əldə edə bilərsiniz.


- “AntiVirus FREE” və başqa antivirus proqramları


Android platformalı telefonlarda antivirus proqramlarının lazım olub olmaması ilə bağlı suallar tez-tez verilir. Mənim fikrimcə, əgər siz etibarsız mənbələrdən fayllar yükləmirsinizsə, müəlliflik hüquqlarını pozmursunuzsa, antivirus proqramları sizə gərəkli deyil. “Google” şirkəti sizin telefonuza yad elementlərin yüklənməsinin daim qarşısını alır. Ona görə də, antivurs proqramlarının aktiv monitorinqi sizin telefon və planşetinizin işini lazımsız yerə ləngidəcək.



Alternativlər


Əgər yükləyəcəyiniz qajet haqqında şübhələriniz varsa, antivirus proqramını yükləyin, onun aktiv monitorinq xidmətini qoşun və əməliyyatdan sonra, proqramı telefonunuzdan silin.


- “Clean Master” və digər sistem optimallaşdırıcıları


Sizi məyus etmək istəməzdik, amma bu tip proqramların telefona verə biləcəyi xeyir sıfıra bərabərdir. Faydadan daha çox, ziyan verirlər. Bunun yerinə “keş yaddaş”ı təmizləyən, köhnə proqramların qalıqlarını silən sistemin öz alətlərindən də istifadə etmək olar.



Alternativ


Android telefonların təklif etdiyi alətlərdən istifadə edin. Bu cür tətbiqlər haqqında sadəcə unudun!


- Standard brauzer


Daha yaxşı olar ki, etibar etdiyiniz baruzerlərdən istifadə edəsiniz. Çünki, standard brauzerlər sizin məlumatlarınızın təhlükəsizliyinə zəmanət verə bilməz.


Alternativ



Android telefonları üçün çeşidli sayda axtarış sistemləri var. Şübhəsiz ki, ən sürətli və etibarlısı “Google Chrome”dir. O funksionaldır, ən müasir texnologiyaların dəstəyinə malikdir, mobil trafikə qənaət edir, sadə və rahat interfeysə malikdir.



Bəs siz Android telefonlarınız üçün ən təhlükəli tətbiqi hansı hesab edirsiniz?