çərşənbə axşamı, 16 yanvar 2018

Boss bir gün deyir ki, sən savadsızsan


Səbuhi İsazadə


221

Hazırki iş mühitində artıq yeni trend hiss olunur. Butun şirkətlər HR brending aparır. Hər kəs şirkətin və müəssisənin standartlarını müəyyən edərək namizədləri işə götürür.

Bu adətən 3-5 il iş təcrübəsi, 2 dil biliyi, ofis proqramları və s. Hətta bir çox şirkətlər özlərini nüfuzlu göstərməkdən ötrü namizədin öncə işlədiyi yerdən tövsiyə məktubu istəyirlər.

Ən pisi isə şirkəti məşğul, nüfuzlu göstərməkdən ötrü namizədi həftələrlə gözlədirlər. Nəhayət o gün gəlir, belə “faciəvi” və stress ilə dolu seçimdən sonra namizəd işə götürülür.

Bəs sonra?

Namizəd həvəs dolu, böyük idealarla işləməyə başlayır. Hətta işə qəbul olan şəxs düşünür ki, o ciddi, peşəkar yerdədir. Nə də olsa, “BU BOYDA HƏNGAMƏ İLƏ” seçim ediblər. Həmin şəxs fikirləşir ki, o eşidilə biləcək yerdədir, burda böyük idealarını reallaşdıra biləcək. Özü çalışdığı şirkətin daha da nüfuzlu olmasında payı olacaq.

Yeni namizədin fəaliyyəti

Başlayır çoxlu təşəbbüslər irəli sürməyə, şirkətin mövcud vəziyyətini araşdıraraq necə edilsə daha nüfuzlu, daha çox adı çəkilən şirkətlərdən olsun, satış qalxsın və s.

Bu zaman ardı arası kəsilməyən təkliflər hazırlayır, təklifində görüləcək işlərlə bağlı araşdırmalarda edir ki, faktlarla danışsın. Təbii ki, burada da məqsəd özünü mütəxəssis olaraq performansını nümayiş etdirmək olur.

Təklif maillə gedir rəhbərliyə və....

Əksər şirkətlərdə olduğu kimi gedər -gəlməz olur. Kadr bu müəssisədə inkişaf etmədiyini, eşidilmədiyini əksinə deqrodassiyaya uğradığını görür. Təbii və haqlı olaraq getmək planını realizə etməyi düşünür.

1 il tamam olur, işçilərin performansını araşdırmağa başlayırlar və “BU BOYDA HƏNGAMƏ İLƏ” seçilən namizədin zəif işlədiyini, şirkətin inkişafında heç bir qatqı olmadığını, bu günə kimi verdiyi təkliflərinin əhatə dairəsini, nə kimi nəticə verəcəyini nəzərə almadan işdən uzağlaşdırılmağı qərara alınır. Bugünkü günə kimi namizədin təkliflərini düzgün təhlil etməyən və dəyərləndirməyən BOSS.

“BU BOYDA HƏNGAMƏ İLƏ” götürülən namizəd peşəkardır və bu qərardan qorxmur, əksinə sevinir və gedir digər eşidiləcək şirkətdə çalışmağa, inkişaf etməyə.

Fəsadları

Digər rəqib şirkətlər daimi peşəkarla çalışır. Bir vakansiya üzrə ilin 12 ayı mütəxəssis axtarmır, zamanına qənaət edir.

Yeni götürülmüş və öncədən çalışanların bilik və bacarıqlarını artırmaq üçün mütəmadi təlimlər təşkil etdirir.

Motivasiyası üzərində çalışır və maksimum performans hissini işçiyə aşılayır.

Gedən narazı işçilər kənarda şirkətin çox bərbad kadr siyasəti haqda danışır və şirkət üçün mənfi rəy yaradır. Elə bu məqamda şirkətin mövqeylənməsinə zəmin yaradır.

Ümumiyyətlə, şirkətlərdə daxili boşluqlar yarananda yaxşı olar ki, səbəbi daxildən araşdırılsın və ən əsası ədalətli və şəffaflıq prinsipi il aparılsın.

İsazadə Səbuhi

Şəxsi brending və PR üzrə mütəxəssis.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün