“Amazon” “ağıllı güzgü” patenti alıb. Belə ki, “Ağıllı güzgü” konsepti uzun zamandır ki, texnologiya şirkətlərinin gündəmindədir.


Facemark.az xəbər verir ki, bu cür güzgülər hamamda şəxsi təmizliklərini edən istifadəçilərə günün xəbərlərini çatdıracaq, tıxac və hava haqqında məlumatlar verəcək.


Bununla yanaşı, bu gün texnologiya firmalarının hədəfləri arasında mağazalarda müştərilərin əlbisə seçimini asanlaşdıracaq güzgülər də yer alır.


Əlbisələri geyinim baxım, yaraşırsa alım dövrü bitir



“Amazon” indi bu hədəfə çox yaxınlaşmış ola bilər. Texnologiya nəhənginin yeni aldığı patent, insanların əlbisə geyinmədən güzgü önündə sınaqdan keçirilməsinə icazə verən rəqəmsal texnologiyalardan ibarətdir.


“Ağıllı güzgü” əgər istehsala başlayarsa, bu öncə moda sektorunun marağına səbəb olacaq. Bunun hesabına müştərilər mağazalarda əlbisələri həqiqətən sınaqdan keçirmədən bədən formasına necə yaraşdığını saniyələr içərisində görə biləcək. Geyinib baxmağa dəyərmi deyilmi deyə qərar qəbul edə biləcək.


Güzgünün moda sektoru xaricində, əyləncə və fərqli sektorlarda da tətbiqlərin inkişaf etdirilməsi mümkün olacaq.