çərşənbə, 17 yanvar 2018

Markanızın onlayn nüfuzunu necə qorumaq olar? – Beş üsul

137

Onlayn platformalarda şirkətiniz haqqında negativ şərhlər markanıza mənfi təsir edirmi? Müştəriləriniz yaşadığı mənfi təcrübələri şikayət saytları və sosial platformalarda tez-tez paylaşmayamı başladı?

Əgər negativ şərhlər ortada keçərli səbəb yox ikən ortaya çıxmış və ya markanıza qarşı edilən “qara kampaniya” isə, onlayn etibarınızı qorumaq üçün hərəkətə keçməyin zamanı gəlib.

Əslində, markanıza qarşı mənfi rəylər haqlı səbəblərlə reallaşsa da reallaşmasa da nəticədə marketinq kommunikasiyalarınıza negativ şəkildə təsir edəcək. Bəs, problemin həll yolu nədir? Bu yazıda şirkətin onlayn nüfuzunu qorumaq üçün lazım olan ünsürlərdən bəhs edəcəyik.

- Şikayət saytlarındakı negativ şərhləri anında cavablandırın

Şikayət və qiymətləndirmə saytlarında marka, məhsul, xidmətləriniz haqqında çox sayda negativ fidbəklər mi var? Şikayət saytlarına rəsmi kimliyiniz ilə üzv olub şikayətə sürətlə cavab verin. Negativ dəyərləndirmə nə qədər haqlı, ya da haqsız olursa olsun mövzunu mümkün olduğu qədər offlayn kanallara çəkin. Əsla münaqişəyə girmədən, professional şəkildə şikayətçi, şikayətin mövzusu, əlaqə məlumatları ilə müştəri xidmətlərinə yönləndirin.

Belə bir geridönüş bu şikayəti oxuyan potensial və mövcud müştərilərinizə müştəri təcrübəsinə nə qədər önəm verdiyinizi göstərməyə yarayacaq və pozitiv təəssürat yaradacaq. Üstəgəl, həqiqətən də problem yaşayan müştərinizə kömək etmiş olacaqsınız.

Markanız haqqında negativ qiymətləndirmələrin ola biləcəyi yüzlərlə veb saytı, bloq, video və ya sosial platforma var. “Facebook”, “Yelp”, “Foursquare”, “Google+”, “Twitter” kimi sosial platformalarda insanların nələr dediyini izləmək üçün professional monitorinq xidmətinə ehtiyac hiss edə bilərsiniz.

- Pozitivi önə çıxarın

Məhsul və xidmətlərinizdən məmnun qalan sadiq müştərinizi müəyyən edin və onlardan pozitiv geri dönüşlərini paylaşmalarını xahiş edin. Bəzi müştərilərinizin sizi tövsiyə edən qiymətləndirmələrini sayt, bloqunuzda və digər sosial platformalarda müştərinizin icazəsini alaraq paylaşın.

Negtaiv yorumların ən təsirli yox edilmə üsulu pozitiv şərhlərdir. Pozitiv geri dönüşlərin negativdən daha çox olmasına da ehtiyac yoxdur. Potensial müştərilərinizin markanızla əlaqəli onlayn araşdırma edərkən qarşılarına çıxacaq bir çox pozitiv dəyərləndirmə belə marka haqqında təəssüratlara çox önəmli şəkildə təsir edəcək.

- Tuta bilməyəcəyiniz sözlər verməyin

Müştəri məmnuniyyəsizliyinin mənbəyini araşdırsaq, qarşımıza tutulmayan sözlərin və vədlərin çıxdığını görə bilərik. Əgər marketinq kommunikasiyalarınızı dürüst və doğruluq təməli, müştərilərinizin sizdən nələr gözlədiyini yaxşı analiz edərsəniz bu tərz negativ geridönüşlərdən az təsirlənərsiniz. Qısası, vəd verməyin, hərəkət edin. Araşdırın, öyrənin, test edin, tətbiq edin. Müştərinin tələb etdiyinin bir az üzərində xidmət verəsiniz, gələn şikayətlərdə ciddi azalma olacaq.

- Səhifənizdəki negativ şərhləri silməyin

Mövcud negativ şərhlər başqa negativ geri dönüş edəcəklər üçün tormoz olacaq. Gizləmək və ya üstünü örtmək yerinə, negativ şərhləri yetkinliklə qarşıladığınızı göstərin. Beləliklə, negativ şərhlərdən belə pozitiv təəssürat yarada bilərsiniz.

- Negativ dünyanın sonu deyil

Nifrət edənlər nə etsəniz də, bunu etməyə davam edəcək. Əgər özünüzdən əminsəniz, doğru mesajlar verirsinizsə və həqiqətən problemi həll etmək istəyirsinizsə, amma buna rəğmən negativ şərhlər almaya davam edirsinizsə etməli olduğunuz tək şey görməzdən gəlməkdir. Negativ şərh əgər təhqir, şəri özündə ehtiva etmirsə, deməli dünyanın sonu deyil.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün