Amerikalı müğənni, aktyor Castin Timberleyk “Filthy” mahnısına yeni klipini təqdim edib. Mahnı onun hazırlanmaqda olan “Man of the Woods” albomunun birinci treki olub.


Facemark.az xəbər verir ki, videoda sənətçi “Apple” Koorperasiyasının banisi Stiv Cobsun özəllikləri və stilini asanlıqla fərq ediləbiləcəyi ixtiraçının libasında görünüb.


Hadisələr robotlorun yaradılmasında yeni mərhələyə qədəm qoyulmuş yaxın gələcəkdən bəhs edir.


Klipin rejissoru isə müğənni ilə daha əvvəl onun “Can't Stop the Feeling” videosu üzərində işləmiş Mark Romanek olub.


Sənətçinin “Man of the Woods” albomu fevralın 2-də işıq üzü görəcək.


Rəsmi press-relizdə deyilir ki, auditoriyaya “Filthy”dən başqa daha 3 klip də göstəriləcək. Onlar 18 yanvardan başlayaraq hər həftə təqdim ediləcəklər. Ehtimal olunur ki, onların birində müğənninin həyat yoldaşı Cessika Bil də iştirak edəcək.


Qeyd edək ki, yanvarın 4-də “YouTube” kanalında yerləşdirilən videoya baxış sayı bir gün içində 340 min nəfəri ötüb.