Bəzən sizdə tez-tez izlədiyiniz “YouTube” videolarının necə yaradıldığını və “edit” edildiyinə dair suallar yaranıb. Cavab çoxsaylı proqramları öyrənməkdən keçir, hansı ki, siz onları sınaqdan keçirtmək üçün aylarla təcrübə keçməlisiniz.


Facemark.az en.softonic.com-a istinadən xəbər verir ki, burada vacib bir nüans var: “YouTube”un özünün təklif etdiyi imkanlar hesabına siz bu əməliyyatı bir neçə dəqiqə ərzində edə bilərsiniz. Belə ki, dünyada ən geniş yayılmış video axın platforması öz doğum gününüzün, ya da dostunuzun səyahət videosunu “YouTube” da paylaşmaq üçün sadə imkanlar təklif edir.


Gəlin, baxaq görək bu necə işləyir?


- Addımbaaddım


“YouTube” video hazırlayan zaman etməyiniz lazım olan ilk addım əlaqəli videonu yükləməkdir. Bunu etmək üçün YouTube da URL yazın və axtarış düyməsinin həmən sağındakı oxa klik edin. (Təbii ki, bu əməliyyatı etmək üçün platformada hesabımızın olması şərtdir).



Növbəti mərhələ də o qədər gizli deyil: İstədiyiniz faylı kompüterdən seçirsiniz. Əgər edit etmək istədiyiniz bir video varsa, bu halda məsləhət görürük ki, siz videoda default tənzimləmələri dəyişdirəsiniz və videonu şəxsi (private) ya da siyahılanmamış kimi (unlisted) əlavə edəsiniz.



Yükləmək istədiyimiz videonu seçdikdək sonra, “YouTube” Sizə aşağıda göstərdiyimiz kimi ekranda bu cür pəncərə açacaq. Burda bir çox əməliyyatlar var, amma narahat olmayın bunları etmək də çox bəsitdir. Məsələn, videoya başlıq seçməlisiniz, sonra videonun məzmunu ifadə edən cümlə olmalıdır. Etiketlər vergül ilə ayırılmalıdır. Amma etiketlər ümumi açar frazalar olmamalıdır. Məsələn, Ad günü, Yeni il, Milad bayramı və s. Videonu daha sonra “playlist”ə əlavə etməlisiniz. Əgər platformaya birdən çox video yükləyəcəksinizsə, məsələn yaza bilərsiniz “Yay 2017”.



Video yükləndikdən sonra, “video manager” bölümünə daxil olun. Orada siz sahib olduğunuz bütün videoları görəcəksiniz. “YouTube”un təklif etdiyi güclü tənzimələrdən biri etmək üçün edit düyməsini basa bilərsiniz. Biz işıq konrastı, rəng, videoun ritmini, istəmədiyimiz hissələri də kəsə bilərik.



Başqa bir tərəfdə isə biz “audio” bölümünü görəcəyik. Bu bizə “YouTube” videomuza əlavə etmək üçün platformada olan musiqilərdən birini seçməyə imkan verir. Sizcə də bu əla deyil? Mövcud mahnıları istifadə etsəniz, bu halda müəlliflik hüquqlarını pozmursunuz, narahat olmağa dəyməz. (Bu, “YouTube”dan pul qazanmaq üçün video yükləyən Justin Bieber mahnısından istifadə etməklə eyni deyil).



“YouTube” da video yaratmaq üçün verə biləcəyimiz məsləhətlər burda bitir. Videonuzu çəkməyə cəhd edin, onu platformada yükləyin, şərhlərdə yaradıcılıq nümunələrinizi paylaşa bilərsiniz.