Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin birinci kurs tələbəsi Şamxal Hüseynli ilk milli mobil brauzer hazırlayıb.


Facemark.az AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı tələbənin hazırladığı “Butterfly” adlanan proqram bir neçə beynəlxalq layihədə iştirak edib.


Dünyanın bir sıra böyük şirkətləri İqtisad Universitetinin birinci kurs tələbəsinin layihəsinə maraq göstərir.


Geniş ictimaiyyətin diqqətini çəkən “Butterfly” brauzerinin üstünlüklərindən danışan Ş.Hüseynli bu ödənişsiz tətbiqin artıq 100 minədək istifadəçisinin olduğunu bildirib.


Proqram smartfonlarda çox az yer tutur və brauzerdəki bəzi funksiyalar bir neçə məşhur axtarış sistemlərini geridə qoyur.


Ş.Hüseynli “Butterfly” brauzerinə uşaq rejimi funksiyasının da əlavə edildiyini bildirib. O deyib: “Bu funksiya uşaqları arzuolunmaz saytlardan qoruyur. Hazırda “Android” əməliyyat sistemində mövcud olan brauzerin yaxın zamanlarda “İOS” əməliyyat sistemi üçün versiyası da istifadəyə veriləcək”.


Tətbiqi yükləmək üçün https://play.google.com/store/apps/details?id=acr.browser.butterfly&hl=en linkinə daxil ola bilərsiniz.