çərşənbə, 17 yanvar 2018

Azərbaycanda hansı şirkətlər “halal” məhsullar satır? - Siyahı

136

“Halal” adı altında vətəndaşlarımız aldadılır”.

Facemark.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, çoxsaylı ölkələrdən “Halal” loqosu ilə Azərbaycana mal idxal olunur: “Azərbaycanda olan, dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində “Halal” sertifikatı verirlər”.

O, insanları ehtiyatlı olmağa çağırıb və deyib: “Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəssisələrin siyahısını nəzərinizə çatdırıram”.

“AzeSERT HALAL” Sertifikatlaşdırma Orqanından Halal sertifikatı alan müəssisələrin SİYAHISI

Müəssisənin adı və ünvanı

1. “Səhliyalı” kiçik müəssisəsi Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küç. 18/190

2. “Hakan Foods Azərbaycan” Trading Co. Ltd MMC Bakı şəhəri, Babək prospekti 53a

3. “Qafqaz Konserv Zavod”u MMC Bakı-Xaçmaz şossesi 157-ci km

4. “AZ Protein Foods Group” MMC Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. H.Saqib 60

5. “M & T LTD” Firması Bakı şəhəri, Nəsimi ray. A.Mustafayev küç. 3014

6. “Zəhmət-Ruzi” MMC Xırdalan şəhəri, Quşçuluq massivi H.Əliyev küç.

7. “SƏBA” ASC Şabran rayonu Şabran şəhəri M.Ə.Rəsulzadə küç. 35

8. f/ş Tahirov Malik Ağaşirin oğlu “Ovqat” Bakı şəhəri Xətai rayonu Əhmədli qəs. 2245

9. “AL-SANA” MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs. Sabir küç. 8a

10. “Orxan-SS” İKF Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küç. 2b

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün