çərşənbə axşamı, 16 yanvar 2018

Mark Zuckerberg 2018-ci il üçün hədəflərini açıqladı

201

“Hər il özümə yeni nələrsə öyrənmək üçün hədəflər müəyyən edirəm. ABŞ-ın əyalətlərini gəzdim, 365 mil qaçdım, evim üçün süni intellekt sistemini işə saldım, 25 kitab oxudum və Mandarin dilini öyrəndim.

Mən hər il üçün müəyyən etdiyim hədəfləri 2009-cu ildən bəridir ki, edirəm. Həmin ildə iqtisadiyyat dərin tənəzzül içində idi və “Facebook” hələ gəlirli deyildi. “Facebook”un davamlı biznes model olduğu mövzusunda ciddi olmalı idik. 2009-cu il ciddi il oldu və mən özümə xatırlatmaqla hər gün qalstuk taxırdım.

Bu gün sanki ilk günə oxşayır. Dünya narahat və bölünmüş görünür. “Facebook” isə bu işdə çox iş görməlidir. Cəmiyyətimizin nifrət və istismardan qorunub qorunmadığı, beynəlxalq dövlətlərin müdaxiləsinə qarşı qorunmaq, ya da “Facebook”da xərclənən zamanın səmərəli olub olmadığını bilməliyik. Mənim 2018-i il hədəflərim isə bunların üzərində fokuslanacaq”.

Facemark.az xəbər verir ki, bu sözləri “Facebook”un CEO-su Mark Zuckerberg deyib.

O, əlavə edib ki, bütün xəta və istismarın qarşısını ala bilməyəcəyik”.

“Amma bu gün siyasətimizi çətinliklə də olsa tətbiq etmək və alətlərimizdən pis məqsədlərə görə istifadə olunmasının qarşısını almaq üçün daha çox xəta edirik. Bu il uğurlu olsaq, 2018-ci ili daha yaxşı bir gedişatla başa vuracağıq”.

İş adamı xətaların baş verməsinin şəxsi hədəflər sırasında olmadığını da əlavə edib.

“Facebook” 2016-cı ildə ABŞ-da prezident seçkiləri dövründə yalan məlumatların yayılmasına icazə verdiyinə görə müzakirə obyekti olmuşdu.

Belə ki, ötən il ABŞ-da prezident seçkiləri dövründə Rusiya ilə əlaqəli şirkətin saxta hesablar üzərindən 100 min dollar dəyərində reklam aldığını açıqlayan “Facebook”, 2016-cı ildə ABŞ prezident seçiləri dövründə Rusiya tərəfindən manipulyasiya edilməsində istəmədən də olsa açar rol oynamışdı. Üstəgəl, “Facebook”un paylaşdığı hesabata görə, Rusiya qaynaqlı reklamlar ümumilikdə 10 milyon insana çatıb.

“Facebook”un istifadəçiləri depressiyaya saldığına görə araşdırmalar aparılırdı. “Facebook”da canlı yayımda intihar halları artmağa başlamışdı. Sosial media istifadəçilərinin isə, zaman ilə özlərinə zərər verdiyini düşünərək sosial platformadan uzaqlaşmağı isə “Facebook” üçün çətin olmuşdu.

Şirkət tərəfindən bu istiqamətdə araşdırma aparılır, tədbirlər görülsə də, şirkətin CEO-su daha bir addım ataraq baş verənlərdən xəbərdar olduğunu ifadə etməyə çalışıb.

Əslində, bütün bu açıqlama və qərar müddəti dünyanı daha yaxşı bir yer etmək üçün edilmiş addım deyil. Gün keçdikcə əhatə dairəsi və istifadəçilərin inamını itirən “Facebook”, bununla istifadəçilərin sevgisini geri qazanmağa çalışır.

Bundan başqa, rəsmi orqanlara işlərini düzəldə biləcəklərini göstərmək istəyir. Şirkət Senat müzakirələrindən qaçmağa və rəqabət komitəsinn təklif edəcəyi yeni qaydalardan uzaqlaşmaq üçün bu addımları atır.

Mark Zuckerbergin bu günə qədərki yeni il hədəfləri isə belə olub:

2009 – Hər gün qalstuk taxmaq;

2010 - Mandarin Çinçəsini öyrənmək;

2011 – Sadəcə özünün ovladığı ətlərdən yemək;

2013 – “Facebook” xaricində hər gün yeni biri ilə tanış olmaq;

2015 – Hər həftə bir kitab oxumaq;

2016 – Evi üçün bəsit bir süni intellekt yaratmaq;

Bu ilki hədəfləri isə sosial platformada yazdığı kimi “Facebook”u düzəltmək olduğu anlaşılır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün