“Acer Swift 7” 4G şəbəkəsini dəstəkləyən və 10 saatlıq batareya ömrü olan ən incə dizüstü noutbukdur.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, CES2018 sərgisində iştirakı zamanı “Acer” kompakt noutbuku “Swift 7”ni təqdim edib. Yeni noutbukun qalınlığı isə 8,98 mm-dir.



Noutbukun korpusu alüminiumdan hazırlanıb. Bu isə laptopun 4G LTE (nano-SIM və eSIM) şəbəkə dəstək modulu ilə təchiz edilməsinə mane olmayıb. Rabitə antenası smartfonlarda olduğu kimi şassiyə düzgün şəkildə yerləşdirilib. 14 dioqonallı sensor ekran 1 920 × 1 080 pikselə malikdir. Noutbukun şüşəsini isə “Corning Gorilla Glass NBT” qoruyur.



Akkumulyatorun həcmi haqqında məlumat verilməsə də, şirkət 10 saatlıq batareya ömrü vəd edir.


“Acer Swift 7”ni bu ilin martında ABŞ bazarında 1699 dollara almaq mümkün olacaq. Planlaşdırılır ki, laptop Avropa bazarı üçün isə apreldə əlçətan olacaq. Qiyməti isə 1699 avro.