Dünən Şəhriyar del Gerani adlı “Facebook” istifadəçisi “Favorit” mağazalar şəbəkəsində yaşadığı müştəri-alıcı təcrübəsini adıçəkilən platformada paylaşıb.


Facemark.az xəbər verir ki, müştərilərin mağazada yaşadığı mənfi təəssüratlarının sosial platformalarda paylaşması ənənəsi heç kəsə yad deyil.


Məlum olduğu kimi istifadəçi “Favorit” marketlər şəbəkəsi haqqında heç də xoş olmayan ifadələrdən istifadə edib.


Müştəri iddia edib ki, satıcı ilə yaşadığı mənfi dioloqun nəticəsində o mağazanın əməkdaşını işdən qovub və özü də istədiyi kolbasanı alıb evinə gedib.



Ən maraqlısıda odur ki, “Araz Supermarketlər Şəbəkə”sinin ictimaiyyətlə əlaqədar üzrə mütəxəssisi Elvin Babayev ümumiyyətlə belə bir halın yaşanmadığını yazıb:


“Şəhriyar del Gərani adlı “Facebook” istifadəçisinin yazdığı statusla tanış oldum. Statusu oxuduqdan sonra dərhal məsələni araşdırdım. Lakin Favorit Supermarketin heç bir filialında belə hal yaşanmayıb”.


Onun sözlərinə görə, mağaza personalının dərhal işdən azad olunması isə absurddur: “Şəhriyar del Gərani adlı “Facebook” istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb. “Facebook”da yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm. Əgər şikayəti varsa bizə bildirə bilər”.