çərşənbə axşamı, 16 yanvar 2018

“Galatasaray”ın keçmiş futbolçusu dönərçi dükanı açıb - Foto

129

Polşa əsilli alman futbolçu, Türkiyənin “Galatasaray” komandasının keçmiş oyunçusu Lukas Podolski Almaniyanın Köln şəhərində dönərçi dükanı açıb.

Facemark.az xəbər verir ki, futbolçunun Köln şəhərində açdığı dönərçi dükanının qabağında uzun növbələr yaranıb. Müştərilər dönər yeməkdən daha çox, futbolçunu görmək istəyiblər. Futbolçunun iş yerinin yerləşdiyi Bonner küçəsinə minlərlə insan toplaşıb.

İki il qaldığı Türkiyədə yemək mədəniyyətinin inkişaf etdiyini deyən Pololski, “Türkiyədə çox ləzəttli yeməklər yedim. Geri dönəndə Kölndə “Mangal Restoran”ının daimi müştəri oldum. Daha sonra sahibləri ilə dost olduq və bu restoranın şöbəsinin birlikdə ortaq açmaq fikri ortaya çıxdı. Daha öncə də dondurma mağazası açmışdım.

Beşulduzlu hotel açmaqdansa, xalqa daha yaxın olmağı sevirəm. Növbədə nə var deyə soruşsanız, bilmirəm cavabını verərdim. Hər halda zaman göstərəcək”.

Qeyd edək ki, 32 yaşlı futbolçu Galatasarayda cəmi 2 mövsüm forma geyinib. Daha sonra isə Yaponiyanın Vissel Kobe klubuna transfer olub.

Bayern Münih, Köln, Inter ve Аrsenalda futbolçu olan Podolski Galatarayda ümumilikdə 75 oyunda 34 qol vurub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün