çərşənbə axşamı, 16 yanvar 2018

“Samsung”un yeni nəsil smartfonlarının fotosu yayılıb

118

Reddit formunda “Samsung”un növbəti smartfon flaqmanının fotosu nümayiş olunub.

Facemark.az xəbər verir ki, müəllifin sözlərinə görə, bu markanın növbəti Galaxy S9 və ya S9+ modellərinin fotosudur. Qurğu qoşulmuş vəziyyətdədir.

Gizchina yazır ki, bu ildə şirkət ötən ildə olduğu kimi 2 yeni flaqman modelini satışa çıxaracaq. Onlardan biri incə çərçivələrlə 5-8 düym ekranı olan Galaxy S9, ikincisi isə 6,2 düym ekranı olan S9+ dur.

Nəşr yazır ki, yenilərin smartfonların xarici görünüş baxımından digərindən cüzi fərqləri olacaq. Nəşr qeyd edir ki, displeyin aşağısındakı çərçivə daha incə olacaq. Güman olunur ki, “Samsung” smartfonlarını yeni nəsli İspaniyanın Barselona şəhərində keçiriləcək “Mobile World Congress” də nümayiş olunacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün