Yaponiyanın nəhəng reklam agentliyi “Dentsu Inc”ə aid olan Böyük Britaniyanın “Fetch Media” agentliyi taksi xidmətləri göstərən “Uber” şirkətini məhkəməyə verib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təzminat üçün tələb olunan məbləğ isə 19,7 milyon dollardır.


Qeyd olunur ki, amerikan servis xidməti internet-reklamına görə, ödəniş etməkdən imtina edib.


Uber “Fetch”i fırıldaqçılıqda günahlandırıb və bildirib ki, şirkət var olmayan və görünməyən reklama görə, ödəniş tələb edir.


“Uber” isə idda edir ki, portnyoruna 82,5 milyon dollar pul ödəyib. “Uber”dən bildirilib ki, şirkətin hərəkətlərindən dolayı onlar 50 milyon dollar zərər ediblər.


“Fetch” isə cavabında “Uber”i etibarsız portnyor adlandırıb. Bildirib ki, müqavilədə nəzərdə tutulmasa da, reklam agentliyi fırıldaçı trafikin izlənilməsinə də kömək olub. “Fetch” bildirib ki, agentlik “Uber”ə 35 milyondan çox sərnişin qazandırıb.