2016-cı ildə Səudiyyə Ərəbistanından vətəndaşlıq alaraq tarixə keçən robot Sophianın artıq bədəni də var.


Facemark.az xəbər verir ki, ABŞ-ın Las Vegas şəhərində keçirilən texnologiya sərgisi CES2018 çərçivəsində istehsalçı firma robot Sophianın son halını insanlara göstərib. O, ayaqqabıları və ətəyi ilə kameraların qarşısına çıxaraq ilk addımlarını atıb.


Hong Konglu istehsalçılar tərəfindən yaradılan robotun bədənə sahib olması bu sənayenin inkişafı üçün mühüm addım kimi qiymətləndirilir. Bildirilir ki, daha öncə yalnız baş hissədən ibarət olan Sophianın artıq bir bədənə sahib olması, komanda üçün keçilməsi lazım olan yeni çətinlik demək idi.


Sophianın istehsalçısı Hanson Robotics, Las Vegas Universitetindəki mütəxəsis və alimlər ilə birlikdə Sophianı inkişaf etdirmək üçün çalışdıqlarını açıqlamışdı. Hong Konglu araşdırmaçılar tərəfindən inkişaf etdirilən və insani özəllikləri ilə internet aləminin gündəmini zəbt edən Sophia, Morgan Freeman ilə etdiyi reportajdan sonra adından çox söz etdirmişdi. Dünyanın bir çox nötqəsinə ziyarətlər həyata keçirmişdi.


Bu gün robot Sophia insanlara xas olan 68 üz ifadəsini ala bilir. İnsanları izləyə və onların üzlərini yadda saxlamaq bacarıqlarına sahibdir. Ünsiyyət zamanı insanların gözlərinin içinə baxır, bu da təbiilik yaradır. Sanki normal insanlar arasındakı ünsiyyət kimi. Ona insan cildini təqlid edən materiallardan qaş, dodaq, sima yaradıblar.


Hong-Konga məxsus olan Hanson Robotics şirkətinin əsasını David Hanson qoyub.


D.Hanson daha əvvəlki açıqlamasında bildirmişdi ki, “Sophianın bir bədən ilə birləşdirilməsi onun insanlar arasında daha rahat hərəkət etmək və yaşamasına kömək olacaq”.