Supermarketlərdə alış-veriş edən zamanı yəqin ki, fikir vermisiniz, azərbaycanlıların əskəriyyəti aldıqları məhsulun tərkibi: kalori göstəriciləri, yağ, şəkər miqdarı ilə bağlı araşdırma etmirlər. Sadəcə məhsulun qiymət və xarici görünüşünə baxdıqdan sonra onu alış-veriş səbətinə atırlar.


Facemark.az xəbər verir ki, amma belə bir deyim var, şərabın istehsal tarixinin köhnə olması, onun keyfiyyətinin göstəricisidir. Şübhəsiz ki, azərbaycanlı şərab həvəskarları bu nüansa baxmağı yaddan çıxartmırlar.



Aşağıda göstərəcəyimiz nümunədə Portuqaliyalı şərab istehsalçısı Anselmo Mendesin insanların şərabın tərkibi ilə maraqlandığını nəzərə alaraq, mükəmməl qablaşdırma dizaynı ediblər.


Belə ki, əgər 3 Rios adı verilən məhsulun tərkibini öyrənmək istəyirsirsinizsə, bu zaman qablaşdırmanın üzərində istehlakçılara göstərilən 3 istiqamət üzrə kağızı soymalısınız.



Dizaynın hazırlanması zamanı Potuqaliyanı 3 çayından ilham alınılıb. Məhsulun üzərindəki kağızı soyan alıcı, həm şərabın hazırlanması zamanı istifadə edilən üzümlərin harada yetişdirildiyini və Portuqaliyanın bu 3 çayı haqqında da məlumat alımış olur. Ölkənin xarici bazarlarda tanıdılması üçün bundan yaxşı yaddaqalan nə ola bilər ki?



Dizaynın açarı olan bu üç çayı isə, Alvarinho şərab növünün gəldiyi Minho, Loureiro şərablarının mənbəyi Lima çayı və Avesso şərablarının üzümlərinin yetişdirildiyi Douro çayıdır.


www.wine-searcher.com-da məhsulun orta qiyməti 14 AZN göstərilib.