Almaniyanın onlayn pərakəndə markası “Otto” yeni reklam filmində Avstraliyanın Brisbena şəhərindən olan Russ və Toby Baueri çəkməyə qərar verib.


Facemark.az xəbər verir ki, marka yeni reklam çarxı ilə öyrətdi ki, sadəcə musiqi alətlərdən istifadə etməklə deyil, eyni zamanda ev əşyalarından faydalanmaqla da əyləncəli iş ortaya çıxartmaq olar.


Ata və 10 yaşlı oğlunun hazırladığı çarx “YouTube” sosial platformasına yükləndikdən sonra, milyonlarla baxış sayı yığıb və viral hala gəlib.


İndi onlar “When Mom's not Home” (Nə vaxtki ana evdə yoxdur) kompozisiyaları ilə məşhur qalmağa davam edirlər.


Qeyri-adi musiqiçilərlə ərsəyə gətirilən reklam çarxı “Otto Shopping” festivalı ərəfəsində şirkətin sosial patformalarda nümayiş olunub. Çarx “YouTube” yanvarın 9-da yüklənib.


Kampaniya “Jung von Matt/Saga” reklam agentliyi ilə birgə ərsəyə gətirilib.



Təkcə bu video 13 milyon nəfər baxış sayı toplaya bilib.