Etdiyi kampaniyalar ilə dünyaya səs salan, 126 ildir ki, bazarda mövcud olan “Coca-Cola” şirkəti özünəməxsus “TCCC Unity” adlı yazı stilini ərəsəyə gətirib.


Facemark.az xəbər verir ki, “Design Tax”inin yazdığı informasiyaya görə, yazı stili “Brody Associates” adlı reklam agentliyi tərəfindən hazırlanıb.


Şirkətin Creativ Direktoru Ceyms Sommerville yeni yazı stili ilə əlaqədar açıqlamasında deyib ki, TCCC-The Coca-Cola Company mənasına gəlir.


“Unity” isə şirkətin yarandığı gündən əsas mesajı olan birlik mənasını verir.


Yalnız şirkətə məxsus yazı stilinin mobil tətbiqi də mövcuddur. Adıçəkilən mobil tətbiq, sadəcə İOS platformalı telefonlar üçün keçərlidir. “TCCC Unity” yazı stilini yükləmək üçün bu linkə keçid edə bilərsiniz.