çərşənbə axşamı, 16 yanvar 2018

“H&M” irqçiliklə bağlı qalmaqalına görə portnyorlarını itirir

110

Amerikanin məşhur reperi G-Eazy “H&M” markası ilə olan əməkdaşlığını dayandırıb.

Facemark.az xəbər verir ki, reper buna səbəb kimi markanın son irqçiliklə bağlı qalmaqalını göstərib.

“The Weekend” yazır ki, reper bununla markanın son reklam kampaniyasına olan reaksiyasını göstərib.

G-Eazy öz Instagram səhifəsində bu sözləri yazıb:

“Son aylar şirkət ilə olan kampaniya və kolleksiyalarımızı səbirsizliklə gözləyirdik. Amma dünən o çirkin fotonu görəndə, kampaniya ilə bağlı bütün sevincimiz buxarlandı. Mən qərara gəldim ki, marka ilə olan əməkdaşlığımızın sona çatdırılmasının vaxtı gəlib çatıb”.

Reper, həmçinin əlavə edib ki, 2018-ci ildə irqçi və mədəni bərabərsizliyin olması qəbuledilməzdir: “Mən adımın bu kompaniya ilə çəkilməsini istəmirəm”.

Reper kompaniya ilə əməkdaşlığı nəticəsində, yeni kolleksiya bu ilin mart ayında satışa çıxarılmalı idi. Məşhur simalar ilə əməkdaşlıq etmək təcrübəsi “H&M” də daxil olmaqla digər şirkətlərə yad deyil. Amma əsas məsələ odur ki, bu gün şirkətin adının bu cür qalmaqalda hallanması onun nüfuzuna zərər verir.

Reper bu vəziyyətin başqa markalar üçün də dərs olmalı olduğunu deyib.

Xatırladaq ki, bir neçə gün öncə İsveçin ən böyük geyim mağazası onlayn saytı üçün yeni kampaniya başlatmışdı. Kampaniya çərçivəsində qaradərili balaca oğlan yaşıl sviter geyinmiş, üstünə isə bu sözlər yazılmışdı. “Coolest monkey in the Jungle - yəni, meşədəki ən havalı meymun. Bu isə mətbuat da daxil olmaqla, insanların sərt reaksiyasına səbəb olmuşdu. Düzdür, şirkət etdiyi hərəkətə görə, insanlardan üzr istəsə də, görünür bu hal hələ uzun müddət şirkətin imicinə zərər verəcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün