“YouTube” platforması 200 rus kanalını bloklayıb.


Facemark.az “Varlamov News”un şirkətin blokladığı kanalların tam siyahısına istinadən xəbər verir ki, kompaniyanın bu addımı atmasına səbəb “feyk” baxış sayı, ölkənin siyasi məsələlərinin qabardılması və s. olub.


“YouTube” hiylə edən 200 rus kanalı bağlayıb. Bloka düşən kanallar isə ölkədə populyarlıq təşkil edənlər olub. Rus siyasi aktivist Aleksey Navalniyə gülən və onu tənqid edən kanallar həmişə “YouTube” Rusiyada Top10-ğa düşürdü”, - deyə kanalın açıqlamasında deyilir.


Bloka populyar xarici kanalların məzmununu təkrarlayan, siyasi məzmunu qabardanlar da düşüb. Həmçinin, saxta baxış sayına görə, Top10-ğa düşən bir çox xarici kanallar da şirkət tərəfindən bloklanıb.


Xüsusilə, Aleksey Navalni, Ruslana Sokolovskaya, Yuri Xovanski, Anatoliya Şariya və digərlərinin saxta hesabları bloklanıb. Bu kanallardan birinə daxil olmaq istədikdə belə bir mesaj görünür: “Bu kanallar cəmiyyət prinsiplərini pozduqlarına görə bloklanmışdı”. Amma platforma giriş məhdudiyyətinin nədən qaynaqlandığı haqda isə açıqlama vermir.