çərşənbə axşamı, 16 yanvar 2018

“Burger King”in prezidenti: Rusiya bazarında lider olmaq arzumuzdur

158

“Amerikanın fast-food nəhəngi “Burger King” rus bazarına əzəli rəqibi olan “McDonald’s”dan daha gec daxil olub.

Ancaq 6 ildən sonra şirkət rus bazarında “fast food” restoranları şəbəkəsi arasında ikinci yerdə qərarlaşıb. Biz gələcəkdə qeyd olunan seqment üzrə Rusiya bazarının lideri olmağı düşünürük”.

Facemark.az xəbər verir ki, bu sözləri “Burger King”in prezidenti Xose Sil “Vedomosti” qəzetinə müsahibəsində deyib.

Xose Silin sözlərinə görə, bu gün “Burger King” bazarda əvvəlki illərə görə daha sürətlə böyüyür:

“2017-ci ilin ortalarına qədər yeni restoranların da açılmasını nəzərə alaraq illik artım 40% olub. 2017-ci ilin sonunda isə 500 restoran açılıb”.

“Makroiqtisadi şərtlərdən asılı olmayaraq “Burger King” bazarda qalmağa davam edir və biz bu səbəbdən dolayı rus bazarından daha əlvərişli inkişaf gözləyirik”, - deyə o sözlərinə əlavə edib.

O, onlar üçün beş vacib ünsürlərdən biri olan rus bazarında lider olmağı hədəflədiklərini bildirib: “Amma bunun nə vaxt olacağını soruşsanız deyə bilərəm ki, bəzən arzuların konkret müddəti olmur”.

Şirkətin prezidenti əlavə edib ki, biz Rusiya bazarında birinci olmağı arzu edirik:

“İnsanlar yaxşı təəssürat əldə etmək üçün restoranlarda pul itirirlər. Bizim əsas tapşırığımız odur ki, müştərilərimizə yaxşı xidmət, ləzzətli yeməklər və münasib qiymət təklif edə bilək. Həmçinin, alışı daha asan hala gətirmək üçün mobil ödəniş sistemlərindən istifadə edir, ofis yaxud evə çatdırılmanı təmin edirik. Bunları edərsək və müştərilərimizin ehtiyaclarını nəzərə alarsaq bazardakı payımızı artıra bilərik. Bu ölkədə birinci şirkət ola bilərik. Bu bizim tapşırığımızdır, biz bunu arzulayırıq”.

Şirkət rəhbəri, həmçinin əlavə edib ki, istifadə olunan məhsulların 90%-i yerlidir: “Kartof Fri və “bekon”dan başqa digər məhsullar yerlidir. Amma yaxın aylarda onlar da yerli məhsullardan hazırlanacaq”.

Xose Sil deyib ki, “Burger King” Rusiya Sibir şəhərində də restoranlarının sayını artıracaq və bu ölkədə ən güclü bazar olacaq:

“Şirkət 2018-ci ildə Sibirdə restoranlar şəbəkəsinin sayını artırmaq niyyətindədir. Şirkət artıq bu bölgədə 10 satış nöqtəsini hədəfləyib. Bir restorana edilən investisiya isə formatdan asılı olaraq 20-30 milyon rubl arasında dəyişir”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün