“Yaxın zamanda “Facebook”da “sponsored” reklam, xəbər və s. daha az görünəcək”.


Facemark.az xəbər verir ki, bu sözləri “Facebook”un təsisçisi Mark Zuckerberg deyib.


Şirkətin təsisçisi bildirib ki, bunun yerinə xəbər lentində “ailə və dost” məzmunlu paylaşımlar daha çox görünəcək.


M.Zuckerberg bildirib ki, son zamanlar istifadəçilərimiz deyir ki, “sponsored” reklam, xəbərlər şəxsi paylaşımları görünməz hala gətirir:


“Göstərdiyimiz xidmətin təkcə əyləncə xarakterli deyil, eyni zamanda insanları xoşbəxt etməyə fokuslanmalı olduğunu da məsuliyyətini anlayırıq”.


O, deyib ki, passiv şəkildə məqalə oxumaq, video izləmək əyləncəli görünə bilər: “Amma bu istifadəçilər üçün faydalı deyil”.


Platformanın təsisçisinə görə, “Facebook” yaradılanda məqsədləri insanlar arasında ünsiyyət artırmaq olub:


“Son dəyişikliklə ola bilər ki, insanlar platformada daha az vaxt keçirdəcəklər, amma keyfiyyət artacaq”, - deyə, M.Zuckerberg sözlərinə əlavə edib. O, həmçinin bildirib ki, yeni alqoritm bir neçə həftə içində fəaliyyətə başlayacaq.


Qeyd edək ki, bir neçə gün bundan öncə şirkətin rəhbəri açıqlamışdı ki, onun 2018-ci il hədəfləri sırasına “Facebook”u düzəltmək dayanır.


Ekspertlər isə deyir ki, bu yenilik xəbər agentliklərinin işinə mənfi təsir edəcək.