“Burger King” Rusiyadan sonra dünyanın ən nəhəng “fast-food” restoranları şəbəkəsi KFC Kanada “Twitter” üzərindən atdığı tvitlə kriptovalyutanın bir növü olan bitkoin ilə satışlara başladığını elan edib.


Facemark.az xəbər verir ki, tivitdə isə deyilir:


“Əlbəttə, bizim bitkoinin nə olduğu və necə işlədiyi haqqında məlumatımız yoxdur. Amma sizinlə barmaqlarınızı yalayacağınız yaxşı bir toyuğun arasına girmək istəmədik”, - deyə KFC Kanadanın açıqlamasında deyilir.




Məhsulun qiyməti isə təxminən 14 dollardır.



Şirkət bu gün atdığı tvit isə elan edib ki, kampaniya müvəqqətidir və limitli olacaq. Yenilik ilə yalnız Kanada vətəndaşları tanış ola biləcək. KFC Kanadanın onlayn saytından vətəndaşlar xüsusi ədviyyatlar ilə qızardılmış toyuq qanadları və sosulu vafli sifariş edə bilirlər. Şirkət müştərilərindən üzr istəyir ki, onlar toyuq qanadlarını bütün dünyaya çatdıra bilmirlər.



Xatırladaq ki, KFC-nin 115 ölkədə 19 mindən çox restoranı mövcuddur.