bazar ertəsi, 19 fevral 2018

Azərbaycan biznesində bir məhsulu hər kəsə satmaq faciədir


Cavid Abasov


376

Bir məhsulu hər kəsə satmaq ya da bir hədəf kütləyə 10 fərqli məhsul satmaq istəyi Azərbaycan biznesləri üçün əsas faciələrdən biridir. Çünki hamı hər kəsə nəsə satmaq istəyir. Bu isə nəticə etibarı ilə bizneslərin öz bazar paylarını itirmələrinə, müştəriləri rəqiblərə qaçırtmalarına və əsasən də məhsullarının dəyərini aşağı salmalarına gətirib çıxarır. Bu qədər vacib məsələyə heç bir iş adamı laqeyd qalmamalıdır.

O zaman gəlin ilk öncə baxaq seqmentasiya nədir?

Bazar seqmentasiyası, ümumi bazarı alt bazarlara ayıraraq, seçilən kiçik bazarlara yönəlik xüsusi strategiyaların hazırlanmasıdır. Müştəri seqmentasiyası isə ümumi müştəriləri alt seqmentasiyalara ayırır ki, bu da rahatlıqla hər bir alt seqmentasiyaya uyğun məhsulu, uyğun şərtlərlə onlara təklif etmək imkanı yaradır. Belə olan halda kimə hansı məhsulu təklif etmək aydın olur və bu da eyni zamanda reklam xərclərini aşağı salır.

Müştəri seqmentasiyası müxtəlif mənbələrdə müxtəlif cür verilmişdir. Mən isə ən uyğun olanını və yeni modern fəaliyyətləri də nəzərə alaraq müştəri seqmentasiyasını sizin ilə paylaşacağam.

Ancaq gəlin ilk öncə çox kiçik şəkil ilə bazarın seqmentasiyaya hansı faktorlara görə ayrıldığına nəzər yetirək.

Müştəri seqmentasiyası sayəsində siz müştərilərinizi çox yaxından tanıya bilərsiniz, onlara uyğun analizlər edə bilərsiniz və analizlərin nəticələrində o müştərilərə uyğun təkliflər verə bilərsiniz.

Seqmentasiyanı etdikdən sonra və eyni zamanda əlinizdə müştərilərlə bağlı məlumatlar (data) olduqdan sonra siz aşağıdakı və belə 10-larla analizlər edə bilərsiniz.

- Kişilərdən sizin B kateqoriya məhsulunuzla maraqlanan şəxslər;

- 36-45 yaş arası qadınlardan hər il 2 dəfə alış edənlər;

- Nərimanovda yaşayan və sizdən şikayətçi olan 26-35 yaşlı kişilər;

- 25-45 yaş aralığında 2 uşaqlı qadınlar və s.

Yuxarıdakı kimi 10-larla analizlər edə bilərsiniz. Bunu üçün lazımdır.

- Müştərilərdən məlumatları toplamaq,

- Seqmentləşdirmək,

- Analizlər etmək

Qeyd edim ki, müştəri seqmentasiyasını IBM.com saytında Laura Loughran tərəfindən yazılan “Marketoloqun müştəri seqmentasiyası rəhbəri” yazısından faydalanaraq hazırlamışam.

Ümid edirəm faydalı bir yazı oldu. Hər kəsin faydalana bilməsi üçün paylaşa və yaxud fikirlərinizi bölüşə bilərsiniz.

Hər kəsə uğurlar...

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün