bazar ertəsi, 19 fevral 2018

Bu gün İlon Mask Marsa avtomobil göndərəcək - Foto + Video

183

“Space X” və elektrik mühərrikli avtomobil şirkəti “Tesla”, tunel-inşaat şirkəti “The Boring”in rəhbəri İlon Mask “Falcon Heavy” ilə kosmosa göndərəcəyi “Tesla Roadster” nəqliyyat vasitəsinin fotosunu paylaşıb.

Facemark.az xəbər verir ki, fevralın 6-da kosmosa ilk dəfə buraxılacaq “SpaceX”in ən böyük raketi “Falcon Heavy” 21:30-da yola düşəcək.

“Falcon Heavy” daşıdığı “Tesla Roadster” ilə David Bowie – “Space Oddity” mahnısının sədaları altında Qırmızı Planet Marsa yola çıxacaq.

Əgər raket Maskın noyabr ayında təqdim etdiyi “Tesla Roadster” avtomobilini kosmosa çıxarmaqda uğurlu olarsa, “Ən güclü raket” ünvanına haqq qazanacaq.

Kosmosa yola çıxması səbrsizliklə gözlənilən “Falcon Heavy” özündə 27 dənə “Merlin 1D” mühərriki daşıyır və 3 ədəd “Falcon 9”u bir araya gətirir.

Mask bu günə qədər böyük və fərqli layihələrə imza atıb. Mask üçün bu tarixi an onun gələcəkdə Marsda koloniya qurmaq planları üçün əhəmiyyətli başlanğıc olacaq.

Qeyd edək ki, “Space X” tərəfindən “Falcon Heavy” üçün prosesin detallarını göstərən animasiya tərzində video təqdim edilib.

Ətraflı videoda:

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün