Mobil nömrəni yazmaqla onun kimə məxsus olduğunu öyrənmək üçün istifadə olunan “GetContact” proqramı ölkəmizdə bu gün səhər saatlarından etibarən işləmir.


Facemark.az Fins.az-a istinadən xəbər verir ki, son günlər müzakirə mövzusuna çevrilən mobil tədbiqin hansı səbəbdən işləməməsi hazırda araşdırılır.


Qeyd edək ki, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi proqramla bağlı açıqlama yaymışdı.


6 fevral, 15:50


“GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur.


Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir”.


Facemark.az xəbər verir ki, bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bəd əməllərin əlinə keçməsinə gətirib çıxara bilər.


“İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür.


Daha sonra mobil nömrənin “GetContact” bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni “Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər” - deyə bildirilib.