bazar ertəsi, 19 fevral 2018

2018-ci ildə necə pul qazanmaq olar? – Yeni fikirlər + Siyahı

146

Selfie Drone

İnsanları fərqli rakurslardan fotolarını çəkməsinə imkan verəcək droneların sayının 2018-ci ildə 600 000-i keçəcəyi gözlənilir. Bazar isə 2020-ci ilə qədər 127 milyard dollardan da çox böyüyəcək. Əgər drone sektorunda iş qurmağı planlayırsınızsa, hədəf kütlənizi öncədən dəqiqləşdirmək faydalı olacaq.

Məsələn, sizin hədəf kütləniz gənclərdirsə, həmin bazar üçün hesablanmış dronelardan istifadə edərək fotolar çəkməyiniz məsləhətdir. Uşaqlar üçün dronelar satacaqsınızsa, hədəf kütlənizə selfie dronenin nə qədər əyləncəli olduğunu göstərməli olacaqsınız. Başqa bir fikir isə toylarda istifadə olunacaq droneların satışı ola bilər. Belə yerlərdə proffessional cihaza tələbat olduğundan, keyfiyyətli və bahalı drone vasitəsilə şəkillər çəkməlisiniz.

“Ağıllı” saatlar

Proqnozlara görə, 2018-ci ilə qədər dünya miqyasında 141 milyon ədəd “ağıllı” saat satılacaq. “Ağıllı” saat bazarının dəyəri isə 19 milyard dollar olacaq. Təxminlərə əsasən, 2019-cu ildə satış gəlirləri isə 53,2 milyard dolları aşacaq. Bu sektorda iş qurmaq istəyirsinizsə, fərqli hədəf kütlələrinə xitab edə bilərsiniz. Məsələn, ya ürək xəstələri, idmançılar üçün nəbz ölçən “ağıllı” saatlar sata, ya da idmanın digər növləri ilə maraqlanan (alpinistlər, asta qaçışla məşğul olanlar) hədəf kütlə üçün GPS-li “ağıllı” saatlar sata bilərsiniz. Bir başqa təklifimiz isə şəkil çəkdirməyi sevən hədəf kütlə üçün kameralı cihazlar satmaqdır. Yadda saxlayın ki, seçdiyiniz hədəf kütlə və məhsulun fuksiyalarının çoxluğu sizə daha çox gəlir gətirəcək.

Aynasız fotoaparat

2015-ci ildə aynasız fotoaparatların satışında gözlə görüləbiləcək artım qeydə alınıb. Bu vəziyyətdən dolayı isə “Canon”un DSLR cihaz satışları 21% azalıb. DSLR fotoaparatlar ilə müqayisə etdikdə, aynasız cihazlar daha yüngül və kompaktdır. Rahatlıq isə hər fotoqraf üçün vacib nüanslardan biridir. Əgər aynasız fotoaparatlar satmaq niyyətinizdəsinizsə, bazarı araşdırmalı, onların DSLR cihazları ilə müqayisədə faydalarını bilməlisiniz. Ən əsası isə insanlara nəyə görə, telefon deyil, aynasız fotoaparat almalarını izah edən məqalə yazmağınız lap yerinə düşəcək.

Naqilsiz qulaqcıqlar

Ötən ilin hesabatlarına görə, bu il naqilsiz qulaqcıqlar bazarı 7% artacaq. Naqilsiz qulaqcıqlar bu gün bazarın 31%-ni əlində cəmləşdirib və qeyd etdiyimiz kimi bazarın artması proqnozlaşdırılır. Ümumilikdə, qulaqcıqlar bazarı isə 2025-ci ilə qədər 16 milyard dolları aşacaq.

Populyarlığı günü-gündən artan naqilsiz qulaqcıqlar satmağa qərar verərsinizsə, öncə sosial media platformanızı və saytınızı yaratmalısınız. Sayt və sosial platforma üçün videolar çəkə və fərqli kontentlər hazırlamalı olacaqsınız.

Daşınabilən şarj cihazı

Cib telefonlarından istifadə ilə həyatımıza daxil olan daşınabilən şarj cihazlarının bazar dəyəri günü-gündən artmaqdadır. Bu bazarda risk azdır, amma rəqabət çoxdur. Daşınabilən şarj cihazları uzun səfərə gedən insanlar üçün əsl “həyat qurtarır”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün