Amerikalı model Kim Kardaşyanın ögey bacısı, realiti şou ulduzu Kayli Cenner fevralın 1-də dünyaya gətirdiyi qız uşağının fotosunu ötən gün “Instagram”da paylaşıb.


Facemark.az xəbər verir ki, paylaşım “Instagram”da nə az, nə çox düz 14 milyon “layk” yığıb. Bu isə platformanın tarixində rekord göstərici hesab olunur.


20 yaşlı model “Instagram”da elan edib ki, qızının adı Stormidir.


Cennerin “Instagram” 103 milyon nəfər izləyicisi var. Beləliklə, model populyarlığa görə, “Real Madrid”in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon “layk”) və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.


Qeyd edək ki, uşağın atası, sevgilisi, amerikalı reper Travis Scootdur.