Azərbaycanda metro və avtobus kartlarının dəyişdirilməsi ilə bağlı yayılan xəbərlərə Bakı Nəqliyyat Agentliyindən (BNA) açıqlama verilib.



Facemark.az xəbər verir ki, BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumatın həqiqəti əks etdirmədiyini bildirib:



“Bu məlumat mənbə göstərilmədən, dəqiqləşdirilmədən yayılıb. Və heç bir əsası yoxdur”.



11:41


Yaz aylarında Bakının ictimai nəqliyyatında sərnişinlərə yeni ödəniş üsulu təqdim ediləcək.


Facemark.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin maliyyə bazarında etibarlı mənbə deyib.


Mənbə bildirib ki, həmçinin yeni kartlar haqqında da danışıqlar gedir.


Onun sözlərinə görə, metro və avtobuslarda ödəniş üçün istifadə olunan kartların balansını müxtəlif ödəniş terminalları (MilliÖN, eManat, ExpressPay və Easypay) vasitəsilə artırmaq mümkün olacaq.


Qeyd edək ki, hazırda avtobus və metro kartlarını yalnız “BakiKart” və “MilliÖN” terminallarında cəmi 2 manata almaq və balansı doldurmaq mümkündür.