2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək.


Facemark.az xəbər verir ki, forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin Proloq (www.proloq.az) online jurnalıdır.


Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə gerçəkləşəcək forum həm də “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək.


Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər.


Forumda təşkil olunan diskussiyalarda PR-ın müasir dünyada və zamanda əhəmiyyəti, reallıqlar, ehtiyaclar, yeniliklər və başqa məsələlər müzakirəyə çıxarılacaq.


Forumda həm də konkret böhran ssenariləri, keyslər və onlara təcrübədə effektivliyini göstərmiş yaradıcı yanaşma metodları müzakirə olunacaq.


İştirakçılara sertifikat veriləcək.


Yerlər məhduddur.


İştirak haqqı: 90 manat


Tələbələr və müəllimlər üçün: 75 manat


Qiymətə nahar daxildir.


Qeydiyyat üçün son tarix: 10 Fevral 2018


İştirak etmək üçün: Qeydiyyat – dan keçin.


Spikerlər